"Mənə görə plastik torbalara alternativ kimi parça paketlər və keçmiş sovetlər dövründə geniş istifadə olunan kapron torbalar ola bilər. Sellofan torbaların istifadəsi qadağan olunmalıdır. Bu məhsullardan ən böyük ziyan təbiətə və ordan da dolayısı ilə insana dəyir".
Kağız paketlər də pullu olmalıdır
Şəymən Bayramova
07:55 23.05.2020
Cəmiyyət
861
Vətəndaşlar bir müddət sonra hər şeyi normal qarşılayacaqlar
Azərbaycanda vaxtaşırı gündəmə gələn məsələlərdən biri də sellofan torbalardan istifadənin qadağan olunmasıdır. Amma hələ də bunu reallaşdırmaq müşkülə çevrilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır. Dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək. Nazir bildirib ki, sənədlərdəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb: "Sənəddə 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi,15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb".
Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov isə "Sherg.az"a deyib ki, plastik paketlərin ləğvi və ya onlardan istifadənin məhdudlaşdırılması haqqında danışırıqsa, o zaman hansı alternativlərin ola biləcəyi məsələsi ortaya çıxır:
"Mənə görə plastik torbalara alternativ kimi parça paketlər və keçmiş sovetlər dövründə geniş istifadə olunan kapron torbalar ola bilər. Sellofan torbaların istifadəsi qadağan olunmalıdır. Bu məhsullardan ən böyük ziyan təbiətə və ordan da dolayısı ilə insana dəyir".
Ekoloqun sözlərinə görə, sellofanlardan fərqli olaraq polietilen torbaları 5-6 dəfə istifadə etdikdən sonra təkrar emala göndərmək lazımdır. Onları atmaq, yandırmaq ekologiyaya ziyan vurur. Torbaların tərkibindəki polimer çox gec parçalanır, yananda isə əmələ gətirdiyi kanserogen maddələr torpaqda qalır, tüstüsü isə havaya qarışır. Polimer torbalar yanarkən ondan ayrılan kanserogen maddələr çox təhlükəlidir: "Sellofan torbaları ən keyfiyyətsiz neft qalıqlarından düzəldirlər. Onları təkrar emal etdikdə çox pis qoxu verir. Əslində istifadəyə yararsız olan bu torbaları kommersiya şirkətləri camaatın cibinə girmək üçün istehsal edir. Hesab edirəm ki, bu torbaların satışına birmənalı qadağa qoyulmalıdır. Onların yerinə parça və kapron torbalardan istifadə edilməlidir. Hər yerdə satılan adi parçadan bunu hazırlamaq və istifadə etmək mümkündür. Sovet vaxtı hamı parça torbalardan istifadə edirdi. Yuyub qurudub bir də götürürdülər. Plastikləri isə nə yumaq, nə də ütüləmək olur. Hesab edirəm ki, alimlərə xüsusi vəsait ayrılmalıdır ki, təkrar emalın texnologiyasını araşdırıb tapsınlar".
İqtisadçı-ekspert Fuad İbrahimov isə deyib ki, Azərbaycanda bütün topdan və pərakəndə satış məntəqələrində, ticarət obyektlərində alış-veriş zamanı plastik torbalardan istifadə olunur:
"Vətəndaş aldığı məhsulları istədiyi qədər sellofan paketə doldurub gedir. Ukrayna və Rusiyada sellofan paketlər pulla alıcıya təklif edilir. Vətəndaş də ancaq lazım olan qədər sellofan alır". Mütəxəssisin sözlərinə görə, plastik torbalar pullu olanda vətəndaş paketi tullamır və dəfələrlə ondan istifadə edir: "Belə olan halda plastik paketlərin tullantıları azalır və ekologiyaya da xeyirli olur". Bu qərar qüvvəyə minəndə artıq yanaşma dəyişəcək. Avropa ölkələrində sağlamlığı nəzərə alaraq kağız paketlərdən istifadə edirlər. Bu, qidanın saxlanması üçün daha məqsədəuyğundur. Kağız paketlər də pullu olmalıdır. Əks halda alıcılar kağız paketlərə də qənaət etməyəcəklər. Kağız tullantı eroziyaya tez uğrayır və tez məhv olur. Amma sellofanların məhv olması üçün yüz illər lazımdır. F.İbrahimovun fikrincə, bu qərar tətbiq ediləndə vətəndaşlar düşünəcəklər ki, satıcılar daha çox pul qazanmaq üçün sellofanları pullu satırlar: "Amma bu, bir müddət sonra normal qarşılanacaq. Dünyada tətbiq olunan bir qanundur və normal qarşılamaq lazımdır. SSRİ dövründə vətəndaşlar 10 qəpiyə kağız torbalar alırdılar, ya da zənbillərlə dükana gəlirdilər. Türkiyə sərhədləri açılandan sonra bizə sellofanların pulsuz paylanması anlayışı gəldi. Düşünürəm ki, bu qanunun bizə xeyri olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə