“Karantin qaydaları yumşalsa da, özümüzə qadağalar qoymalıyıq”
Fidan Həmişəyeva
13:03 18.05.2020
Cəmiyyət
904
“Maksimum qədər çalışmalıyıq ki, gigiyenik qaydalara əməl edək, gərəksiz ünsiyyətlərdən uzaq duraq”
“İnsanların sosial izolyasiya tədbirlərinə əməl etməsi vacibdir. Düzdür, cəmiyyətimizi də başa düşmək lazımdır. Nəzərə alsaq ki, insanların fikirləri müxtəlifdir. Ona görə də koronavirusla bağlı problemin qarşısını almaq üçün nəzərdə tutulan tədbirlər hər kəsə bir cür təsir göstərə bilər”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, insanların psixologiyası fərqlidir və psixoloji vəziyyətə uyğun olaraq onların reaksiyası müxtəlifdir:
“Dövlətimiz üzərinə düşən bütün işləri görür. Ailədə bir neçə insanı idarə etmək çətindir, qaldı ki, bu qədər kütlənin idarə edilməsi. Pandemiya ilə əlaqədar həmfikir olmalıyıq. İnsanlar karantinlə bağlı evdədir.
Maddi və psixoloji problemləri yaranıb. Karantinin elanı qəfil oldu, insanların işləri yarımçıq qaldı. Mövcud durum və təzyiqlərin olması insanların psixologiyalarında müəyyən çətinliklər yaratdı. Amma heç nə etmək olmaz. Dəfələrlə çıxışlarımda demişəm ki, hər bir mənfidən müsbət nəticə gözləmək lazımdır.
Müsbət nəticələri də yaratmaq bizim əlimizdədir. Artıq karantinlə bağlı müəyyən yumşalmalar olub, amma özümüzə qoyduğumuz qadağaları sərtləşdirməliyik. Bəzi insanlar var ki, qadağalar olduğu zaman başqa yollara əl atırlar, hər kəs qadağaları pozmağa çalışır. Təəssüf ki, hələ də xəstəliyin olmadığına inananlar var. Virusu əyləncəyə çevirənlər də mövcuddur.
Karantin yumşaldılsa da, maksimum qədər çalışmalıyıq ki, gigiyenik qaydalara əməl edək, gərəksiz ünsiyyətlərdən uzaq duraq. Özümüz-özümüzə qadağalar qoymalıyıq.
Yoxsa vəziyyətdən tam çıxış yolu tapa bilmərik. Baş verənlər bir dalğa kimidir və ötüb keçəcək. Amma istər psixologiyamızda, istərsə də insanların itirilməsində öz izlərini buraxacaq. Hər kəs yaxınını, həyatını itirə bilər. Fikrimcə, insanlar bunu düşünüb davranışlarına diqqət etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə