“Karantin rejimi yenidən ciddiləşməlidir”
Şəymən Bayramova
10:45 17.05.2020
Cəmiyyət
805
“Bu ciddiləşmə vətəndaşlardan tibbi maskaların geyinməsi, şəxsi gigyenik qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsindən ibarət olmalıdır”
“Bəzi məsuliyyətsiz vətəndaşlar karantinin tələblərinə əməl etmirlər”
Koronavirus pandemiyasına ilk yoluxma halı fevral ayının sonunda aşkarlansa da, xeyli müddət birrəqəmli artım sayı ilə müşayiət olunan vəziyyət son dövrlərdə ikirəqəmli hətta bir çox hallarda üçrəqəmliyə keçib.
Məhz bu səbəbdən yoluxma hallarının artım səbəbləri ilə bağlı müəyyən mülahizələr irəli sürülməkdədir. İnsanları daha çox narahat edən isə yoluxma halları ilə bağlı statistikadakı artım dinamikasıdır.
Son günlərdə ölkəmizdə koronavirusa yoluxma dinamikasının artmasını təəssüflə qeyd edən millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında artımın karantin rejiminin yumşaldılmasından sonra baş verdiyini xüsusi vurğulayıb:
"Karantin rejiminin yumşaldılması insanların arasında təmasın artmasına gətirib çıxarıb. Təbii ki, bəzi məsuliyyətsiz vətəndaşlar karantinin tələblərinə əməl etmirlər.
İctimai yerlərdə tibbi maskadan istifadə etməməklə həm özləri yoluxurlar, həm də sağlam insanları üçün təhlükə mənbəyinə çevrilirlər və dünən də yoluxanların sayının 158 nəfərə çatması da bununla əlaqdardır.
Hal hazırda COVİD-19-a ölkədə regionlar üzrə yoluxma dinamikasına diqqət yetirsək, əsas yoluxmaların genişləndiyi yerləri hazırda karantin şərtləri qüvvədə qalmış şəhərlərin olduğunu görərik.
Burada rayonların payı çox cüzidir və bu günün göstəriciləri onu deməyimizə imkan verir ki, karantin rejiminin qaydalarında məhdudiyyətlər qoyulmuş həmin şəhərlərdə rejim yenidən ciddiləşməlidir.
Bu ciddiləşmə vətəndaşlardan tibbi maskaların geyinməsi, şəxsi gigyenik qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsindən ibarət olmalıdır.
Bölgələrdə isə yenidən növbəti karantin rejimin elan olunmasına ehtiyac görmürəm. Sadəcə mövcud karantin rejimin tələblərinin icrası rayon və ya şəhər olmasından asıllı olmayaraq bütün ölkədə tələb olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya