Keçidlərdəki panduslar: Oradan heç olimpiya çempionu da keçə bilməz
Məlahət Rzayeva
08:05 05.11.2019
Cəmiyyət
928
Sosial şəbəkədə hərəkət məhdudiyyəti olan şəxslər üçün yeraltı keçiddə nəzərdə tutulmuş pandusun önünün kəsildiyini əks etdirən foto yayılıb. Təbii sual da yaranıb ki, bəs hərəkət məhdudiyyətli birisi buradan keçmək istəsə, necə olacaq? Pandusun önünü kəsən, bunu düşünməyib. “Uşaqlığın son gecəsi”ndəki Davud kimi. Yadınızdadır, yəqin. Murada ərizə yazdıran Davud “yaz ki, uşaqlar pilləkəndən yıxılıb ölürlər. Gəlsinlər, bu pilləkəni rədd eləsinlər” deyir, Murad da cavabında “Davud, bəs Sürəyya xala, necə düşüb çıxacaq?” soruşanda, Davud yenə tövrünü pozmayıb “qoca arvaddı, ildə bir dəfə aşağı düşür, o biri tərəfdən düşər” cavabını verir.
Doğrudur, Murad, “əsl” sovet gənci kimi, ərizə yazmaqdan imtina edir. Amma deyəsən, bizim şəhər təsərrüfatı ilə məşğul olanlar o filmin təsiri altındadırlar hələ, çünki hərəkət məhdudiyyəti olanları heç nəzərə almırlar. İkincilər də vəziyyətdən xəbərdar olduqları üçün, Sürəyya xala kimi “ildə bir dəfə aşağı düşə, ya düşməyədir”. Şəxsən mən, əlil arabası ilə hərəkət edənləri yolda-izdə heç görmürəm. Əlil arabası ilə keçidə enən, səki ilə hərəkət edən, avtomobil yolunu keçən şəxslər rastıma çıxmayıb.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun cavabı belə oldu: “Heç görə də bilməzsiniz. Çünki onların sərbəst hərəkəti üçün şəhərdə uyğun şərait yoxdur”.
S.Məmmədov qeyd etdi ki, əlilliyi olan şəxslərin müdafiəsi ilə bağlı BMT Konvensiyasına qoşulsaq da, konvensiyanın şərtləri ciddi şəkildə pozulur:
"Biz hər 4 ildən bir BMT-yə bununla bağlı hesabat təqdim etməliyik. Bu səbəbdən də mən monitorinq aparıram, ona görə də vəziyyəti bilirəm. Yerüstü, yeraltı keçidlər, qarajlar – avtomobil dayanacaqları, səkilər... bunların heç birində hərəkət məhdudiyyəti olanlar üçün gediş-gəliş nəzərdə tutulmayıb. Son zamanlar Bakı Nəqliyyat Agentliyi səkilərlə bağlı müəyyən iş aparır, xüsusilə şəhərin mərkəzi hissələrində, yeraltı keçidlərdə panduslar qoyulur, amma elə şəkildə qoyulur ki, imkanlar yenə də sıfıra bərabərdi. Bəzi yeraltı keçidlərdə quraşdırılmış panduslarda 30-45 dərəcə mayillik var. Pandusdan istifadə edənin başıaşağı sürüşəcəyi realdır. Bu panduslarla heç olimpiya çempionu da hərəkət edə bilməz, o ki, ola hərəkət məhdudiyyətli adam. Şəhərin bəzi yerlərində mexaniki meydançalar var, amma ora hələ çatmaq lazımdı.
Meydançaya çatanadək baryerlər qarşıya çıxır. Onları aşmaq mümkün deyil. Eskalatorlar da hərəkət məhdudiyyətli insanlar üçün yararsızdır. Yerüstü keçidlər tikilir, nəinki hərəkət məhdudiyyətli insanlar, hərəkət məhdudiyyəti olmayanlar da o keçidlərə ayaq basmır, çünki praktik deyillər. Yaşlı insanlar, sağlamlıq imkanları məhdud olanlar da o keçidlərdən istifadə edə bilmir. “Ukrayna” dairəsindəkindən media yazdı, sosial şəbəkələr paylaşdı, indi deyirlər, dəyişiklik ediləcək, lift inşa ediləcək və sair.
Hərəkət məhdudiyyətli vətəndaşlar üçün paytaxtda bəzi yerlərdə mexaniki qurğular qoyulmuşdu və onları idarə etmək üçün də xüsusi pultlar vardı. Amma pultlar oğurlandı. Birinci növbədə gərək düşüncə tərzi dəyişsin. Əsas, təfəkkür problemidir. Necə ola bilər ki, o pultların hərəkət məhdudiyyətli insanlar üçün qoyulduğunu biləsən, amma onlar işlək vəziyyətdə olmasın, yaxud da oğurlansın?! Biz hələ keçidlərdən, panduslardan danışırıq. Görmə, eşitmə məhdudiyyətli insanlarımız var. Onlar üçün səsli işıqforlar, hərəkət etmələrini təmin edəcək “sarı zolaq” olmalıdır. Metropolitendə “sarı zolaq” məsələsi müəyyən qədər həllini tapıb. Amma ümumilikdə fiziki sağlamlığı məhdud insanların başqasının köməyi olmadan hərəkəti üçün uyğun şərait yoxdur. Bir neçə dəfə şahidi olmuşam ki, qadın 4 təkərli uşaq arabası ilə yeraltı qarajda dayanıb gözləyir ki, kimsə yaxınlaşanda ondan arabanın təkərlərini qaldırmağı xahiş etsin. Paytaxtımızda vəziyyət bu cürdür. Nə hərəkət məhdudiyyətlilər üçün uyğun şərait var, nə də hərəkət məhdudiyyəti olmayanlar üçün.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya