Keçmiş döyüşçülərin şikayətləri var – Yeni komissiya gəlir !
Fidan Həmişəyeva
12:00 11.01.2021
Cəmiyyət
1198
“Bu komissiya tərxis olunmuş şəxsləri yönəltmək və insanları maarifləndirmək məqsədilə yaranıb”
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yeni əmrinə əsasən səfərbərlikdən tərxis edilən şəxslərlə əlaqədar müvafiq komissiya yaradılıb. Məqsəd həmin vətəndaşların qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasını təmin etməkdir. Son günlər sosial şəbəkələrdə Vətən müharibəsində iştirak edən şəxslər tərəfindən müxtəlif məsələlərlə əlaqədar videolar paylaşılır. Əlbəttə, belə videoların yayılması düşmənlərimizin maraqlarına xidmət edir.
Bu baxımdan yaradılan yeni qurum tərxis edilən vətəndaşlarla bağlı işin təşkilini həyata keçirəcək. Ona görə də cəbhədən qayıdan şəxslər müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, komissiyaya ünvanlamalıdırlar.
Yeni komissiyanın yaradılmasının gözəl təşəbbüs olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, ordumuz 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etdi və qələbə qazandı. Onun sözlərinə görə, qələbəmizin əsas səbəbkarları Ali Baş Komandan və əsgərlərimizdir:
“Tərxis edilənlərlə bağlı çoxsaylı suallar və müraciətlər var. Bu sualların operativ şəkildə cavablandırılması məqsədilə komissiya yaradılıb. Vətəndaşlar müraciət edəndə məhz mütəxəssislərdən cavab almalıdırlar. Çünki Müdafiə Nazirliyinə aid olan suallara təbii ki, nazirliyin mütəxəssisləri cavab verə bilərlər. Bəzi narazılıq və şikayətlər vətəndaşların məlumatlı olmamasından irəli gəlir”.
Ş.Ramaldanov hesab edir ki, yeni komissiya çoxsaylı sualların həlli üçün effektiv olacaq:
“Komissiya vətəndaşları dinləmək, tərxis olunmuş şəxsləri yönəltmək və insanları maarifləndirmək məqsədilə yaranıb. Bu baxımdan komissiyanın yaradılması çox düzgün qərardır. Sosial şəbəkələrdə bəzi şikayətlər var.
Görünür ki, vətəndaşlar hara müraciət edəcəklərini bilmirlər. Lakin vətəndaşlar bu gündən sonra suallarına cavab tapacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət