"Kəndimizdən çıxanda dörd yaşım var idi. Artıq 38 yaşındayam. Uşaqlıqdan kəndimizdən çıxıb 38 yaşında kəndə qayıtmaq böyük bir qürur hissidir".
Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Ağdərə rayon Aşağı Oratağ kənd sakini Rüstəmova Nilufər deyib.
"Çox şadam. Buna görə cənab Prezidentimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinin qarşısında baş əyirəm. Qazilərimizə Allahdan şəfa diləyirəm. Artıq biz öz uşaqlarımızla bu kəndə qayıtmışıq. Allah bütün məcburi köçkünlərə qismət eləsin. Hər insana qismət olmur ki, onun evinə Prezident qonaq gəlsin. Bu, böyük bir qürur hissidir. Cənab Prezidentin evimizə qonaq gəlməsi sevincimizə sevinc qatdı. Onu da qeyd edim ki, evimiz çox əladır. Hər şey yüksək səviyyədədir. Çox razıyıq", - o deyib.