“Kəllə qənd”, yoxsa yuyucu maddə ? – “QTA effektli iş aparmır” - Sağlamlığa ağır zərbə !
Fidan Həmişəyeva
13:30 16.06.2020
Cəmiyyət
1101
Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə “kəllə qənd”in hazırlanmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi barədə məlumatlar yayılıb.
Məsələ ilə əlaqədar bildirilib ki, Asif İsmayılov, Əli Əliyev, Teyyub Nadirov, Maqsud Əlizadə və İran İslam Respublikasının vətəndaşı Tayef Davoud qənd sexlərində “kəllə qənd”in istehsalı zamanı məhsulun rənginin ağardılması məqsədilə xalça yuma məntəqələrində ləkələrin təmizlənməsi üçün istifadə olunan məhsulu qənd istehsalı sexlərinin sahiblərinə satmağa cəhd ediblər. “Kəllə qənd”ə yuyucu maddə qatmağa cəhd edən işbazlar məhkəmə qarşısına çıxarılacaqlar.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, bu işdə marketlər də xüsusilə diqqətli olmalıdırlar. Ekspertin sözlərinə görə, marketlər belə məhsulları almalı deyil:
“Bu məsələni 2018-ci ildən qaldırmışam. O zamanlar heç Qida Təhlükəsizliyi Agentliyi (QTA) yaradılmamışdı. Sonralar isə QTA-ya rəsmi məktub yazdım və onlar mənə cavabda bildirdilər ki, doğrudan da belə fakt aşkarlanıb. Lakin görürük ki, ölkəmizdə QTA effektli iş aparmır. İnsanların sağlamlığı təhlükə altındadır. Bu iş o zaman əhəmiyyət verər ki, istehlakçılar belə məhsulları almasınlar, boykot etsinlər. Market sahibləri bu cür malları qəbul etməməlidirlər, QTA ilə sıx işləməlidirlər. O zaman effektiv nəticə ortaya çıxar. Biz AİB olaraq işimizi görərək dövlət orqanlarına, cəmiyyətə xəbər veririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya
Tramp: Ukraynadakı münaqişəyə son qoyulmalıdır
16:14 21.09.2026
Dünya