Kənd təsərrüfatı məhsullarının qiyməti “əl yandırır”
Banuçiçək Kalbalıyeva
12:54 06.05.2020
Cəmiyyət
677
“Bahalaşma tendensiyası iyun ayının ortalarından etibarən ucuzlaşma ilə əvəz olunacaq”
“Kənd təsərrüfatı məhsullarının Bakıya rahat şəkildə gətirilməsinə icazə verən qanun olmalıdır”
Deyirlər, pul əl çirkidir. Amma koronavirus elə ağır nəticələrə səbəb oldu ki, daha insanların əllərində “çirk” də qalmayıb. Kənd təsərrüfatı məhsullarının qiyməti isə “əl yandırır”. Məsələn bazarlarda xiyarın bir kilosunu 2-3, pomidorun bir kilosunu 2.5 manatdan aşağı tapmaq mümkün deyil. Qarğıdalı 1.5-2 manata alıcılara təklif olunur. Qarpızın kilosu 2.50, yemişinki isə 7 manatdır. Deməli, insanlar ya bu məhsullara sadəcə uzaqdan baxmaqla kifayətlənməli, ya da…
“Sherg.az”saytı olaraq bu “ya da” ilə bağlı kənd təsərrüfatı üzrə iqtisadçı- ekspert Qadir Bayramlının fikirlərini öyrəndik. O, məsələyə təsir edən məqamları sadaladı:
“Əvvəla, onu deyim ki, qiymətlərdə qeyri-adi artım hiss etmirəm. Heç vaxt bu fəsildə kənd təsərrüfat məhsullarının qiyməti ucuz olmur. İndi də adət etdiyimizdən bir az bahadır. Bunun obyektiv səbəbləri var. Koronavirus pandemiyası bütün dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurdu. Şübhəsiz, həmin zərbə Azərbaycandan da yan keçmədi.
Əvvəllər minik maşınları ilə də məhsulları paytaxta gətirmək mümkün idi. İndi ancaq yük maşınları fermerlərə kömək edir. Yəni daşınmada problem var. İqlim də öz növbəsində qiymətlərin bahalaşmasına zəmin yaradır. Ancaq, məncə, bahalaşma tendensiyası iyun ayının ortalarından etibarən ucuzlaşma ilə əvəz olunacaq”.
Q.Bayramlı sözügedən problemlərin həlli yollarını da göstərib:
“Azərbaycanda vəziyyət nisbətən yaxşıdır. Ancaq situasiyanı daha da optimallaşdırmaq üçün hökumət qəti qərarlar verməlidir. Kənd təsərrüfatı məhsullarının Bakıya rahat şəkildə gətirilməsinə icazə verən qanun olmalıdır. Hətta biz kənd təsərrüfatı məhsullarını Bakıya gətirməklə kifayətlənməməli, həm də ixrac haqqında düşünməliyik. Fermerləri də düşünmək lazımdır, alıcıları da. Əks halda “bu xəmir hələ çox su aparacaq”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol