
Kimlər oruc tutmalıdır? -İlahiyyatçıdan AÇIQLAMA
Yusif Nəzərli
09:39 27.02.2025
Cəmiyyət
740
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Fətvada deyilir:
"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, uca Allah-taaladan müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini diləyir.
Qazılar Şurası builki Ramazan fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.
İlahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, sağlam, ağıllı, həddi - buluğa çatmış hər kəs üçün Ramazan orucu fərz, yəni vacibdir:

“Oruc tutmaq həm ibadətdir, həm də sağlığ üçün faydalıdır. Lakin həkim izn verməsə, səhhətinə zərər gətirsə tutmamalıdır. Hətta tutsa günah etmiş olur. Çünki Quranda insanın özünü bilərək təhlükəyə atması qadağan edilib. Oruc tutan şəxs gün çıxandan gün batana qədər yemək, içməkdən və intim münasibətdən uzaq olmalıdır. Qidalandırıcı olmayan iynə və peyvənd kimi vasitələr tətbiq oluna bilər. Amma qidalandırıcı tərkibli hər hansı vasitəni hər hansı yolla bədənə daxil etmək orucu pozar. Qiybət, yalan danışmaq, ifira atmaq, pis işlər görmək, əxlaqa zidd davranışlar orucun fiziki tərəfini pozmasa da mənəvi tərəfinə xələl gətirir və savabı qalmaz. İstənilən şəxs, istər namaz qılan olsun, istər qılan olmasın oruc tutmaq gücündədirsə tutmalıdır. Namaz da oruc da ibadətdir. Bəzən elə düşünürlər ki, namaz qılmayan adam oruc tuta bilməz. Bu, yanlışdır. İki fəzilətli əməlin ikisini də əldən vermək olmaz. Ancaq oruc tutmağa gücü yetən şübhəsiz ki, namaz da qıla bilər, çalışıb qılmalıdır. Çünki namazı dinin dirəyi adlandırır Həzrət Muhəmməd salavatullah.
İlahiyyatçı əlavə edib ki, süd verən analar, hamilələr, orqan çatışmazlığı olanlar, uşaqlar, ağır və dözülməz işlərdə çalışanlar, xəstələr, ahıl qocalar, səfərdə olanlar oruc tutmaya bilər:
"Adları sadalanan şəxslər sonra vəziyyətləri düzələrsə qəza tutarlar, alınmazsa fitrə, sədəqə verib əvəzini çıxarlar. Oruc insanın fiziki və mənəvi cəhətdən varlığının pəhrizidir. Bu təkcə qarınla olmur. Gərək bütün varlıq oruc tutsun. Ac qalıb kiminsə haqqını qəsb etmək, könül sındırmaq, günah işlərlə məşğul olmaq orucla düz gəlmir. Yemək və içməkdən pəhriz edən müsəlman gərək pis əməllərdən də pəhriz etsin. İbadəti reklam etmək, təmtəraqlı iftar süfrələri açıb oruc tutmayan, imkanlı adamları dəvət edib onu da sonra reklam etmək doğru deyil və orucun mahiyyətini təhrif edir. Bu ayda mümkün qədər kasıblara əl tutmaq lazımdır. İnsan bir ay yeyib içmədiyi ərzaqı yaxud onun məbləğini ehtiyacı olanlara dağıtmalıdır.
Təkcə ac və susuz qalmaq oruc tutmaq deyil. Çox oruc tutanlar var ki, riyakarlıq edirlər, Allah üçün yox, öz mənafeləri, səhhətləri üçün tuturlar. Bu, sadəcə pəhrizdir, oruc deyil. Oruc sırf Allah rızası üçün olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3400 illik qızıl diademlər tapıldı - FOTO
15:01 17.07.2026
Dünya
Özgür Özəl yeni partiyanın yaradılacağı TARİXİ AÇIQLADI
14:21 17.07.2026
Gündəm
Flora Kərimovanın son durumu açıqlandı
14:15 17.07.2026
Mədəniyyət
BƏƏ “Husilər”in Səudiyyə Ərəbistanına raket hücumunu pislədi
14:10 17.07.2026
Dünya
Lavaşdan zəhərlənmə, bəli, mümkündür - Mütəxəssisdən İZAH
13:51 17.07.2026
Sağlamlıq
Culfada sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi
13:24 17.07.2026
Hadisə
Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
13:05 17.07.2026
Ölkə
Sabahın havası açıqlanıb
13:04 17.07.2026
Ekologiya
ADY-də qida məhsullarının daşımaları 38% artıb
12:59 17.07.2026
İqtisadiyyat
“Real Madrid” Kurtuanın yerinə bu qapıçını transfer edə bilər
12:20 17.07.2026
Futbol
Bu il aliment ödəyənlərdən 2400-ü qadın olub - RƏSMİ
12:14 17.07.2026
Cəmiyyət
Ermənistanda doğum səviyyəsi azalmağa davam edir
11:44 17.07.2026
Region
ABŞ elan etdi: Rusiya, İran və Çinin hakerləri...
11:37 17.07.2026
Dünya
Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edilib
11:01 17.07.2026
Gündəm
Qadın vəkillərin sayı açıqlandı
10:57 17.07.2026
Cəmiyyət