Əməliyyat nəticəsində "Giləzi Quşçuluq” MMC-də satış meneceri işləyən Kamil Teymurovun marketlərə yararsız yumurta payladığı məlum olub. O, Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayələdiyi evdə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən bərpa edərək, şirkətə məxsus "29-AC-129" dövlət qeydiyyat nişanlı, “Ford” markalı yük avtomobili ilə dostu Malik Qasımovla birgə yenidən mağazalara daşıyıb.
Köhnə yumurtaları təkrar dövriyyəyə qaytarıb, satırlar
06:34 21.08.2020
Cəmiyyət
736
Bu sahəyə nəzarət funksiyası daha da gücləndirilməlidir
Əhalinin yumurta haqqında məlumatı da çox azdır. Onlar bilməlidirlər ki, ən dəyərli yumurta 7 gündən sonra satışa çıxarılandır
“Giləzi” quşçuluq fabrikində daşıyıcı (ekspeditor) işləyən şəxsin vaxtı keçmiş yumurtaları yeniləri ilə qarışdıraraq yenidən satışa verdiyi məlum olub. Abşeron rayon Polis İdarəsi və Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində "Giləzi Quşçuluq” MMC-də satış meneceri işləyən Kamil Teymurovun marketlərə yararsız yumurta payladığı məlum olub. O, Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayələdiyi evdə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən bərpa edərək, şirkətə məxsus "29-AC-129" dövlət qeydiyyat nişanlı, “Ford” markalı yük avtomobili ilə dostu Malik Qasımovla birgə yenidən mağazalara daşıyıb.
Ümumilikdə 84 qutu hər birində 360 ədəd yumurta olmaqla ümumi sayı 32400 ədəd yararsız yumurta aşkar edilərək götürülüb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında insanları belə məsələlərdə daha diqqətli olmağa çağırıb: “Bu cür məhsullar illər boyu satılıb, hələ də satılmaqdadır. Düşünürəm ki, bu sahəyə nəzarət funksiyası daha da gücləndirilməlidir. Ümumiyyətlə, əhalinin yumurta haqqında məlumatı da çox azdır.
Onlar bilməlidirlər ki, ən dəyərli yumurta 7 gündən sonra satışa çıxarılandır. Buna dietik yumurta deyirlər. Bundan sonra isə o, mətbəx yumurtası hesab olunur. Onların satış şəbəkəsində normal temperaturda saxlanma müddəti bir aydan artıq deyil.
Amma görmüşük ki, illər boyu bu qaydalara riayət olunmadan onların satışı həyata keçirilib”.
E.Hüseynov ictimai nəzarətin güclü olmasına diqqət çəkib:
“Ölkədə biznes qurumları əhalini aldadır. Bunun qarşısının alınması üçün insanlar daha fəal olmalıdırlar. Əgər aldıqları məhsul keyfiyyətsizdirsə, mütləq şəkildə onu geri qaytarmalı, o cümlədən öz iradlarını bildirməlidirlər. Qida Təhlükəsizliyi Agentliyinə dərhal məlumat verməlidirlər ki, bazarlarda nəzarət gücləndirilsin.
Hər bir istehsalçı firma adını və buraxılma müddətini məhsulun üzərində mütləq şəkildə qeyd etməlidir. Qida Təhlükəsizliyi Agentliyi bütün bu problemlərin həllində öz nəzarətini gücləndirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağda məskunlaşmanın əsas şərti ev yox, işdir - Akif Nəsirli
13:13 10.09.2026
Qarabağ
Mеğri icma rəhbəri həbs edildi
12:53 10.09.2026
Region
İngiltərə millisinin sabiq üzvü "Milan"dan ayrılır
12:47 10.09.2026
Futbol
Rusiya hərbi təyyarələri Hindistana enib
12:25 10.09.2026
Dünya
Dünya avqust ayında tarixdəki ən isti ayı yaşayıb
12:07 10.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevdə dron anbarına zərbə endirib
12:03 10.09.2026
Dünya
Məqsədli büdcə fondları ləğv ediləcək
11:57 10.09.2026
İqtisadiyyat
AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb
11:50 10.09.2026
Aktual
İsrail ordusu Qəzzada HƏMAS-a məxsus 3 silah anbarını məhv edib
11:40 10.09.2026
Dünya
II Qareginin işi üzrə məhkəmə iclasının tarixi açıqlanıb
11:17 10.09.2026
Region
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərildi
11:05 10.09.2026
İqtisadiyyat
Trampdan amerikalılara 5 min dollarlıq vəd
10:47 10.09.2026
Gündəm
Anna Akopyan hakim fraksiya ilə görüşəcək
10:15 10.09.2026
Region
“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi
10:09 10.09.2026
Futbol
Xocalı rayonunda mina partlayıb, bir nəfər xəsarət alıb
09:52 10.09.2026
Hadisə