Komitə qəyyumu tərəfindən zorakılığa məruz qalmış uşaqla bağlı məlumat yaydı
Yusif Nəzərli
06:52 03.09.2025
Cəmiyyət
445
Qəyyumu tərəfindən zorakılığa məruz qalmış uşaq barəsində Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb.
Bunu Teleqraf-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova deyib.
O bildirib ki, hadisə ilə bağlı dərhal Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər həyata keçirilib.
"Yeniyetmə uşağa qarşı zorakılıq törətməkdə şübhəli bilinən qəyyumu ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır. Bundan əlavə, yetkinlik yaşına çatmayanın hansı dərəcədə bu prosesdə xəsarət almasının dəyərləndirilməsi məqsədilə ekspertiza təyin edilib", - Ş.Cəfərova əlavə edib.
Ətraflı
O həmçinin qeyd edib ki, uşağın vəziyyəti ilə əlaqədar Sosial Xidmətlər Agentliyi tərəfindən tibb müəssisələrindən birinə yerləşdirilib. Qəyyum şəxs barəsində isə qanuna müvafiq olaraq araşdırma işinə başlanılıb:
"Daha sonra qəyyumluğun ləğvi və uşağın sığınacağa yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyi tərəfindən iş həyata keçiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət