“Kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafını stimullaşdırır”
Fidan Həmişəyeva
14:23 25.04.2020
Cəmiyyət
926
"Azərbaycan quruculuq meydanına çevrilib. Hər bir bölgə, kənd və qəsəbə öz simasını dəyişib”
“Həyata keçirilən infrastruktur layihələri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır”
“Azərbaycanın bu gün dünyanı bürüyən pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları aradan qaldırmaq üçün həyata keçirdiyi Tədbirlər Planının uğurlu nəticələri beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Xüsusi vurğulanır ki, Azərbaycanın təcrübəsi təqdir olunmalı, tətbiqinə səy göstərilməlidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, əksər dövlət Azərbaycanın pademiyaya qarşı mübarizə tədbirlərinin əsas tərkib hissəsi olan xüsusi karantin rejiminin tətbiqinə daha çox üstünlük verir:
“Bu kimi məqamlar bir daha təsdiqləyir ki, dünya təcrübəsinə əsasən öz inkişaf modelini formalaşdıran Azərbaycan hər sahədə inkişaf üçün geniş imkanlara malikdir. Şübhəsiz ki, bu uğurlara yol açan əsas amillərdən biri məhz zamanın, dövrün tələbinə uyğun olaraq reallaşdırılan siyasi, iqtisadi, sosial islahatlar, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələrdir. Kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafını stimullaşdırır”.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda ötən ildən başlayaraq struktur islahatları geniş vüsət alıb:
“Ölkə başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu məqamı xüsusi qeyd edib ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, hakimiyyətin bütün qollarında aparılan islahatlar bir məqsədə xidmət edir ki, idarəetmə mexanizmi daha da təkmilləşsin”.
Baş redaktor vurğulayıb ki, bu gün paytaxt və bölgələri müqayisə etsək onların arasında heç bir fərqin olmadığını görərik:
“Azərbaycan quruculuq meydanına çevrilib. Hər bir bölgə, kənd və qəsəbə öz simasını dəyişib, həyata keçirilən infrastruktur layihələri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bölgələrimiz arasında gedən sağlam rəqabət inkişafı daha da sürətləndirir. Bu gün fəxrlə qeyd etdiyimiz reallıqlarımızdan biri də budur ki, nəinki paytaxt, hətta bölgələrimiz öz sosial-iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycanın turizm sektorunda əldə etdiyi uğurlu nəticələr də məhz regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə əsaslanır. Bu inkişafa stimul verən amillərdən biri məhz həmin rayonların rəhbərliklərinin Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək üçün səylər göstərmələri, həmçinin regional inkişaf proqramlarında hər bir bölgə üçün nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsidir.
V.Rəhimzadə qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafında əsas amillərdən biri məhz iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasıdır:
“Prezident İlham Əliyev islahatların məntiqi davamı kimi parlament seçkilərinin yekunlarını önə çəkərək bildirir ki, xalqımızın iradəsini ifadə edən seçkilər, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir. Məhz kompleks tədbirlər, islahatlar hər bir Azərbaycan vətəndaşında uğurlu gələcəyə daha böyük inam formalaşdırır. Ölkəmizin dayanıqlı inkişafı qaçılmazdır. Tezliklə pandemiyaya qarşı mübarizə tədbirləri öz müsbət nəticəsini verəcək, bu çətin günlər arxada qalacaq. Bugünümüzün çağırışları sırasında yer alan “Birlikdə kölgədən işığa doğru” prinsipimizin uğurlu nəticəsini görəcəyik. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, biz birlikdə güclüyük!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol