Könül könül bulandırdı
Fidan Həmişəyeva
15:33 14.11.2020
Cəmiyyət
1168
Sonrakı peşmanlıq fayda verməz
Sosioloqun fikrincə, deputatlarımızın bir çoxu siyasi cəhətdən hazırlıqlı deyillər, onlarla söhbət aparmağa ehtiyac var
İkinci Dağlıq Qarabağ müharibəsi başa çatdı. Ali Baş Komandanın böyük iradəsi, əsgərlərimizin qəhrəmanlıqları hesabına qalib gəldik. Bu proseslərdə xalqla, dövlətlə bağlı xeyli qürurverici məqamlar üzə çıxdı. Amma qeyri-peşəkarlıqlara, hətta xainliklərə də rast gəlindi. Üstəlik, yüksək postlarda oturan şəxslərin hətta Prezidentin ortaya qoyduğu prinsipial mövqeyin əleyhinə olan açıqlamaları ilə qarşılaşdıq. Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun ölkəmizin mənafelərinə zidd, dövlət başçısının dediklərinin əleyhinə olan bəyanatının yaratdığı “başgicəllənməsi” bitməmiş deputat Könül Nurullayevanın Türkiyə mətbuatına verdiyi sərsəm açıqlama gündəmə gəldi.
Məlumdur ki, Könül Nurullayeva hökumətin xeyir-duası ilə seçilən millət vəkilidi. İndi isə dövləti təmsil edən “millət vəkili” türk telekanalına deyir ki, Azərbaycanın Ermənistanı məhkəməyə verməsi düz deyil: “Ermənistanın iqtisadiyyatı çökmüş, xarici borcu artmış, əhalisinin sosial təminatı pisləşmişdir. Azərbaycanın ondan təzminat istəməsi önəmli (düz) deyil”.
Ölkə başçısı cəmi iki gün əvvəl yaralı hərbçilərimizlə görüşündə Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi ziyana görə beynəlxalq məhkəmələrə veriləcəyini açıqladı. Belə olduğu halda xanım “millət vəkili” kimin vəkilidir?
Parlamentin İntizam komissiyasının iclasında deputat xanım barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilib. K.Nurullayeva açıqlamasına görə üzr istəyib. O, facebook hesabında belə qeyd edib: “Bir neçə gün əvvəl Türkiyənin Tvnet kanalına açıqlamamda zəif internet bağlantısı səbəbindən mən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm".
Baş verənlərlə bağlı “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev həmkarının tənqid atəşinə tutulmasını düzgün hesab etmir:
“Ola bilər ki, bu məqamda nəsə düzgün anlaşılmayıb. Müsahibə zamanı jurnalist elə suallar verib ki, Könül xanım fikrini düzgün ifadə edə bilməyib. Amma o, millətinə və vətənə bağlı biridir. Könül xanım təbii ki, Azərbaycan xalqının yanındadır və istəməzdi ki, Ermənistan inkişaf etsin. Sadəcə olaraq sualın qoyuluşunda elə bir məqam yaşanmışdı ki, istər-istəməz elə bir cavab alındı. Könül xanımın bu şəkildə üstünə gəlinməsinin əleyinəyəm və onun yanında olub, müdafiə edirəm”.
Sosioloq-alim Əhməd Qəşəmoğlu isə təəssüf hissi ilə bildirib ki, deputatlarımızın bir çoxu siyasi cəhətdən kifayət qədər hazırlıqlı deyillər:
“Səhv etmirəmsə, Könül xanım bir dəfə də müsahibəsində demişdi ki, “Mən siyasətə qarışmıram”. Deputat olmaq, artıq siyasətə qarışmaqdır. “Siyasətə qarışmıram” deyib, millət vəkili olmaq sadəcə gülməlidir”.
Sosioloqun fikrincə, baş verənlər onu göstərir ki, deputatlarımızla əlavə söhbətlərə ehtiyac var: “1992-ci ildən 1997-ci ilə qədər Parlamentdə Elmi Mərkəzin rəhbəri idim. 1992-ci ildə seçilən deputatlar arasında da naşıları var idi. Onlar xarici ölkələrə gedəndə məlumat gəlirdi ki, orada danışanda o qədər də ciddi çıxışları olmur”.
Alim qeyd edib ki, indiki zamanda və belə həssas bir məqamda millət vəkilinin bu fikirləri biabırçılıqdır: “Yalnız deputatdan söhbət getmir. Ümumiyyətlə, bir azərbaycanlının belə açıqlama verməsi düzgün deyil. Tam səmimi deyirəm ki, başqa ölkələrin Qarabağla bağlı proseslərə istədikləri kimi burun soxa bilməməsinə səbəb Prezidentimizin çox savadlı və məntiqli müsahibələri oldu.
Müharibə bitsə də, mübarizəmiz hələ qabaqdadır. Hər birimiz bu mübarizəyə hazır olmalıyıq. Ölkə başçısının müsahibələri gözümüzün qarşısında olmalıdır”.
Ə.Qəşəmoğlu vurğulayıb ki, indiki məqamda Azərbaycan xalqının ən böyük uğuru Prezidentin ətrafında birləşmək oldu:
“Şuşanın alındığı günə qədər birlik yüksək səviyyədə davam etdi. Bu birlikdən nə qədər fərəhlənirdiksə, düşmənlərimiz bir o qədər qıcıqlanırdı. Deməli, hər cür yol axtarırdılar ki, birliyimizi parçalasınlar.
Ona görə də hər məqamda diplomatiyanın normaları ilə hərəkət etməliyik. Xüsusilə, millət vəkili və müəyyən statusu olan şəxs diplomat olmalıdır. Mürəkkəbləşən dünyada kefimiz necə istəyirsə, onu da danışmalıyıq kimi hallar ola bilməz.
Ona görə də Könül xanıma töhmət verilməsi düzgündür.
Başımıza bu qədər oyun açan dövlətin “iqtisadi imkanı yoxdur” demək olmaz. Fikrimcə, cəmiyyətimizdə bu istiqamətdə geniş maariflənmə işi aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət