Könül Vəlibəylinin qızı komadan ayılıb, özünə gəlib

“Hamı məndən əzizimiz Könül Vəlibəylinin qızı Ləman Quliyevanın vəziyyətini soruşurdu. Artıq gözəlimiz Ləman komadan ayılıb, özünə gəlib”.

Bu sözləri “Sherg.az”a açıqlamasında jurnalist Fuad Cəfərov deyib. 

Onun sözlərinə görə, Ləmanın vəziyyəti hələlik ağır stabil qiymətləndirilir və müalicəsi reanimasiya şöbəsində davam etdirilir: “Amma müsbət irəliləyiş çoxdur. İnanıram ki, tezliklə balamız tam sağlamlığına qovuşacaq. Dualarınız üçün çox sağ olun, hamımızın duaları ilə ayağa qalxsın, tezliklə bu sevincli xəbəri də paylaşaq. Ləmanın müalicəsi üçün əlindən gələni əsirgəməyən "Yeni Klinika"nın direktoru Barat Yusubova və Reanimasiya şöbəsinin müdiri, günlərdir Ləmanın sağalması üçün çalışan Emil Qasımova təşəkkür edirəm”. 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Ləman Qulamova Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yağın nəticəsində dünyasını dəyişən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. Yanğın nəticəsində üç nəfər, o cümlədən Könül Vəlibəyli vəfat edib.