Yasamalda çoxmərtəbəli binada baş verən yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.
Milli.Az-ın məlumatına görə, onun müalicə olunduğu Yeni Klinikadan "Yeni Sabah"a bildirilib ki, gəncin vəziyyətində heç bir dəyişiklik yoxdur.
Həmçinin, bildirilib ki, L.Qulamovanın nə zaman evə buraxılacağı barədə dəqiq məlumat yoxdur.
"O, vəziyyəti normallaşandan sonra evə buraxılacaq", - klinikadan qeyd olunub.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib. Ölənlərdən biri Ləman Qulamovanın anası - Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.
Yanğında ciddi xəsarət alan Ləman Qulamova komaya düşmüşdü. O, bu gün komadan çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.