Korona SOS siqnalı verir
Şəymən Bayramova
08:23 07.07.2020
Cəmiyyət
827
"Bu insanlara demək istəyirəm ki, inanın!!! Bu virus var! Təhlükəlidir! Öldürücüdür!"
Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstəliyin yayılma sürətini artırıb.
Bunun səbəbi də insanların karantin qaydalarına riayət etməməsidir. Qaydalar isə çox sadədir - lazım olmadıqca evdən çölə çıxmamaq, tibbi maska taxmaq, sosial məsafəni saxlamaq və gigiyenik qaydalara riayət etmək. Ancaq bəzi vətəndaşlar bu qaydalara əməl etmirlər. Onlar ictimai, qapalı məkanlarda olarkən nə sosial məsafə saxlayır, nə də tibbi maskadan istifadə edirlər. Nəticədə isə koronavirusa yoluxanların sayı dayanmadan artır.
Artan yoluxma sayı pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən effektiv tədbirləri minimuma endirir və davam edərsə, daha acı nəticələrlə üzləşəcəyimiz barədə SOS siqnalı verir. Təəssüf hissi ilə əhalinin karantin qaydalarına, xüsusən də maskadan istifadəyə biganə yanaşmasından danışan vəkil Vüqar Babayev koronavirusla bağlı real durumun kifayət qədər acınacaqlı olduğunu deyib. Vəziyyətin hər an nəzarətdən çıxmaq üzrə olduğunu vurğulayan vəkil hesab edir ki, hər birimizin atəş çəmbəri daha da daralır: "Hər gün daha da yaxın ətrafımızdan bu xəstəliyə yoluxan və ölən insanlar eşidirik və görürük. Bu başqa xəstəliklərlə müqayisə olunmayacaq dərəcədə yayıla bilən bir xəstəlikdir.
Bir qisim insanlar deyir ki, bu virusun yaradılması və yayılması dünya siyasətinin və iqtisadiyyatının idarə edilməsində həlledici gücə malik qrupların və ya xüsusi xidmət orqanlarının işidir. Bu barədə dəqiq heç nə demək olmaz. Belə ola da bilər, olmaya da bilər. Hərçənd görünən odur ki, adlarını ehtimalən bildiyimiz güclü qruplar, həmçinin aparıcı xüsusi xidmət orqanlarına sahib olan dövlətlərin maddi və siyasi zərərləri ölçüyə gəlməyəcək dərəcədə böyükdür. Virusun süni şəkildə yaradılmasına dair də fikirlər birmənalı deyil. Əksər alimlər bunun belə olmadığını və təbii mənşəli virus olduğunu əminliklə söyləyirlər. Amma əgər hətta doğrudan da belədirsə təqsirli şəxslər bunun cavabını tarix və beynəlxalq məhkəmələr qarşısında sözsüz ki, verəcəklər. Necə ki, bəşəriyyətə və insanlığa qarşı cinayətlər törədən bütün şəxslər mühakimə olunaraq tarixin zibilliyinə atılıb. Belələri heç bir zaman cəzasız qalmayıb. Amma bu gün bu mülahizələr tamamilə yersizdir və bizə heç bir köməyi yoxdur. Bu günün reallığı var onunla hesablaşmaq məcburiyyətindəyik".
V.Babayevin sözlərinə görə, son zamanlar sayları azalsa da, bu virusun mövcudluğuna inanmayanlar hələ də var. Belə insanların varlığı isə təəccüb doğurur:
"Bu ona bənzəyir ki, müharibə gedir, hər gün güllələrdən insanlar ölür, yaralanır. Amma onlar deyirlər ki, biz inanmırıq. Bu məntiqi anlamaq, yəqin ki, onu izah etmək qədər çətindir. Bu insanlara demək istəyirəm ki, inanın!!! Bu virus var! Təhlükəlidir! Öldürücüdür!
Nə yaxşı ki, pandemiyanın ilk günlərindən Azərbaycan dövləti ön plana insanları və onların sağlamlığını qoydu. Ən doğrusu da budur. Cinayət Məcəlləsində bir sıra əməllərin cinayət olması və bunlara görə cəza müəyyən edilib. Amma elə insanlar var ki, orada olan bəzi əməllərin cinayət hesab edilməsini doğru hesab etmir və ya cəza ilə razılaşmır. Amma bu heç də həmin insanların bu əməlləri törətməsi üçün fərqli imkana sahib olması demək deyil. Onlar da bu əməllərə yol versələr cəzalanacaqlar. Bu baxımdan da karantin rejimi də müharibə dövrünün qanunlarına aid edilir və buna birmənalı riayət edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
22:45 07.06.2026
Futbol
Tramp jurnalistə əsəbləşib, müsahibəni yarımçıq kəsdi
22:28 07.06.2026
Hadisə
Ağdaşda su kanalında kişi meyiti tapılıb
22:09 07.06.2026
Hadisə
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
21:40 07.06.2026
Gündəm
Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan
21:28 07.06.2026
Region
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə
İspaniyada dini ayinə bir milyondan çox insan qatıldı
17:52 07.06.2026
Dünya
HƏMAS komandirlərini məhv edirik - Netanyahu
17:37 07.06.2026
Dünya
9-cu mikrorayonda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
16:57 07.06.2026
Hadisə
9-cu mikrorayonda yaşayış binasında yanğın başlayıb
16:44 07.06.2026
Hadisə