“Korona xəstəliyi olmayanlar üçün ölüm riski yaratmır, amma...” - KARDİOLOQ
Şəymən Bayramova
08:40 08.04.2020
Cəmiyyət
882
Rasim Məhərrəmov: “...Qaydalara uyğun hərəkət etmək lazımdır. Yoluxmamaq və yoluxdurmamaq lazımdır”
“Şəxsi gigiyenasına və sağlamlığına diqqət edən insan qarşısında istənilən viral infeksiya acizdir”
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatınaa görə, ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Qeyd edək ki, dünyasını dəyişən şəxslərin hər biri virusla yanaşı bir sıra xroniki xəstəliklərdən də əziyyət çəkən insanlar olublar. Bu xəstəliklər içərisində ürək xəstəlikləri və şəkərli diabet xəstəlikləri xüsusi yer tutur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan invaziv kardioloq Rasim Məhərrəmovun sözlərinə görə, pandemiya daha çox yuxarı tənəffüs yolları xəstəliyi olan insanlar üçün öldürücü olur. Koronavirus heç bir xəstəliyi olmayan insan üçün ölüm riski yaratmır:
“ Sağlam insan sadəcə olaraq bu virusun daşıyıcısı ola bilər, yəni başqalarını yoluxdura bilər. Yaşlı nəslin nümayəndələri, böyrək xəstələri, arterial hipertoniyadan və ürək çatışmazlığından əziyyət çəkən insanlar, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkənlər, ağciyər durğunluğu olan insanlar, qaraciyərin funksiyalarının pozulması ilə müşayiət edilən xəstəliklərdən əziyyət çəkənlər, müxtəlif hormonal xəstəliklərdən əziyyət çəkənlər- şəkər xəstələri, ürəyin işemik xəstəliklərindən əziyyət çəkən insanlar risk qrupuna aid edilirlər. Bu sadaladığımız xəstələr koronavirus olmadan da riskli xəstələr hesab edilirlər. Bu xəstəliklərdən əziyyət çəkən insanlar ayrı-ayrılıqda çox ciddi xəstəliklərlə mücadilə aparırlar. Bu xəstəliklərin hər biri insan həyatı üçün risk təşkil edir.
Yaşlı və sadalanan xəstəliklərlə mübarizə aparan insanlar koronavirusa yoluxduqda xəstəliklərinin ağırlaşmasını müşahidə edirik. Hətta bütün sadalanan xəstəlikdən əziyyət çəkən insanlar virusa yoluxduqda belə onların hamısı dünyalarını dəyişmirlər.
Rəsmi rəqəmlərə görə bu gün ölkəmizdə 665 koronavirusa yoluxmuş xəstə var. Amma cəmi 8 nəfər dünyasını dəyişib. Həmin 8 nəfərin hər biri ayrı-ayrılıqda ciddi xroniki xəstəlikləri olan insanlar olublar. Bu fakt Çin, ABŞ və xəstəlikdən əziyyət çəkən digər Avropa ölkələrinə də aiddir”.
Həkimin sözlərinə görə, xəstəlikdən xilas olmağın əsas yolu immunitetin güclü olması, hərəkətdə olmaq, digər xəstəlikləri olan xəstələrin dərmanlarını vaxtlı vaxtında qəbul etməsidir. Həmçinin də burada özünü təcrid prinsipi çox önəmlidir:
“Səbəbi isə digərlərini yoluxdurmamaqdır.Təşvişə gərək yoxdur. Sadəcə olaraq qaydalara uyğun hərəkət etmək lazımdır. Bir sözlə, yoluxmamaq və yoluxdurmamaq lazımdır. Şəxsi gigiyenasına və sağlamlığına diqqət edən insan qarşısında istənilən viral infeksiya acizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya