"Koronalı" xəstə evindən qaçıb
10:34 30.07.2020
Cəmiyyət
611
"Artıq bu insanlara qadağalar, cərimələr də təsir etmir"
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilib və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Həkim-allerqoloq Şahvələd Məmmədovun "Şərq"ə açıqlamasına görə, monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır. Xəstənin tibbi məlumatları ailə, sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti “COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir:
"Koronavirus daşıyıcısı olan bir şəxsin bilərəkdən evi tərk etməsi artıq onun bir vətəndaş olaraq məsuliyyətsizliyinin göstəricisidir. Qəbul olunan qaydalara əməl etmək, verilən tövsiyələrə riayət etmək məcburidir.
Ola bilər ki, həmin xəstənin evi tərk etməsi onun həyatı üçün təhlükəli deyil, amma ətrafdakı insanların sağlamlığını riskə atır. Hər kəs bu məsələyə həssas yanaşmalı, ətrafındakıları maarifləndirməklə yanaşı, müvafiq qaydalara əməl olunmasını tələb etməlidir.
İctimai qınaq formalaşmalı, biri digərini tənqid etməyi bacarmalıdır. Bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusla üz-üzə qalmaq təhlükəsi yaşayır.
Buna artıq son qoymalı, özümüzü, həyatımızı, yaxınlarımızı, bütövlükdə cəmiyyətimizi düşünməliyik. Əks halda, daha ciddi problemlə üzləşə bilərik. Koronavirus infeksiyasının lokallaşdırılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hər birimiz həmrəy olub bu təhlükəli infeksiyaya qalib gəlməliyik".
Hələ də ictimai nəqliyyatda, marketlərdə maskanı çənəsində, qolunda gəzdirən insanların olduğuna diqqət çəkən mütəxəssis hesab edir ki, artıq bu insanlara qadağalar, cərimələr də təsir etmir. Yeganə yol ictimai qınaq mexanizminin güclənməsi və maskasız gəzən insanların ciddi qınaq obyektinə tutulmasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya