Koronavirus insandan heyvana yoluxur? –
İZAH
Şəymən Bayramova
12:46 05.03.2020
Cəmiyyət
895
“Konkret bir məlumat olmadığı üçün belə bir iddia irəli sürmək absurddur”
“Amma yaxşı olar ki, evində heyvan saxlayan şəxslərə onlara toxunduqdan sonra əllərini yumağı, evlərini təmiz saxlamağı unutmasınlar. Xəstə insanlara isə heyvanlara yaxınlaşmaq məsləhət görülmür"
Çinin Honkonq şəhərində həkimlər uzun məsləhətləşmədən sonra ev itinin “COVID-19”a yoluxmasını koronavirusun insandan heyvana keçməsi faktı kimi dəyərləndiriblər. Fevralın sonunda Honkonqda bir kişini koronavirusa yoluxma şübhəsi ilə karantinə aparıblar. Onun itini də “COVID-19” testi ilə yoxlayarkən heyvanın orqanizmində infeksiyanın izləri aşkarlanıb. Buna baxmayaraq itdə xəstəliyin heç bir əlaməti özünü büruzə verməyib. Hazırda iti Honkonq limanında karantində saxlayırlar. Onun sahibinin test nəticələri mənfi olarsa, o zaman iti evə qaytaracaqlar.
Baytar -həkim İlkin Məmmədov "Sherg.az"a açıqlamasında evdə saxlanılan it, pişik kimi ev heyvanlarının yeni koronavirus infeksiyası daşımasının inandırıcı olmadığını deyib:
"Düzdü bu virusun insanlara heyvanlardan keçdiyi təsdiqlənib. Amma söhbət ev heyvanlarından yox, dəniz məhsullarından və vəhşi heyvanlardan gedir.
Bunun qarşısını almaq üçün də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xaricdən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərarını verib.
Ev heyvanlarının “COVID-19”un yoluxma mənbəyi olması, yaxud özlərinin bu xəstəliyə tutulması barədə nə Azərbaycan, nə də dünya səhiyyəsində konkret bir məlumat yoxdur.
Ona görə də belə bir iddia irəli sürmək absurddur. Amma yaxşı olar ki, evində heyvan saxlayan şəxslərə onlara toxunduqdan sonra əllərini sabunlamağı, heyvanları öpməməyi və evlərini təmiz saxlamağı unutmasınlar. Xəstə insanlara isə heyvanlara yaxınlaşmaq məsləhət görülmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət