Koronavirus simptomlarını müəyyənləşdirən maska hazırlanıb
01:47 13.09.2020
Cəmiyyət
720
Sinqapur alimləri koronavirus infeksiyasına yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.
Bu barədə AZƏRTAC “The Straits Times” agentliyinə istinadla xəbər verir.
Maskada nəbz, bədəninin istiliyi, təzyiqi, nəfəsalma vəziyyəti və digər bu kimi əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb. Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə xəstənin səhhəti barədə məlumat ötürürürlər. Sensorların özlərinin qoruyucu avadanlıqlarla birlikdə yuyula biləcəyi və hətta bir maskadan digərinə keçirilə biləcəyi qeyd olunur.
Bu texnologiyanı işləyib hazırlayanlar söyləyiblər ki, fərdi qoruyucu vasitələrdəki xüsusi materialla örtülmüş çiplər alınan məlumatlara qarşı həssas olmaqla yanaşı, həm də rütubətə davamlıdırlar. Hazırda maskanın qiyməti 36 dollardan bir qədər çoxdur, lakin kütləvi istehsal zamanı onun qiyməti 14,6 dollara qədər düşə bilər.
Bundan əvvəl Amerika alimləri sübut ediblər ki, kombinə edilmiş materialdan olan cərrahi maskalar və aksessuarlar koronavirusa qarşı ən yaxşı müdafiə vasitələridir. N95 tipli xüsusi cərrahi maskalar və kombinə edilmiş materiallardan hazırlanmış qoruyucu aksessuarlar — məsələn, pambıq və sintetik maskalar yüksək effektivliyi ilə fərqlənirlər. Lakin N95 standartından olan maskaların yüksək qoruyuculuq dərəcəsinə malik olmalarına baxmayaraq, tədqiqatçılar həmin maskalarda quraşdırılmış klapana görə onların təhlükəsizliyinə şübhə ilə yanaşırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol