Koronavirus uşaqlarda sümük deformasiyası yaradır ? – Pediatrdan izah
Aynur Babazadə
15:26 06.07.2020
Cəmiyyət
1046
“Mart və aprel aylarına nisbətən indiki vəziyyət daha ağır və çətindir”
“Ev şəraitində müalicə alan uşaqların sağalma müddəti 5-7 günü keçməyib”
Koronavirus pandemiyası yenicə başlayanda belə bir fikir formalaşdı ki, uşaqlar koronavirusa yoluxmur. Lakin zaman keçdikcə körpələrdə bu virusa yoluxma faktları aşkarlandı. Amma məlum xəstəliyin əlamətləri onlarda özünü daha yüngül göstərir.
Bununla belə, son vaxtlar uşaqlarda da koronavirusun ciddi və ağır keçməsi faktları müşahidə olunur. Məktəblərin, uşaq bağçalarının bağlanması, insanlar arasında məsafənin saxlanılması və bir çox başqa ciddi tədbirlər valideynləri öz övladlarının təhlükəsizliyi barədə düşünməyə vadar edir. Çünki koronaviurusa yoluxub sağalan uşaqlarda sonradan sümük deformasiyalarının əmələ gəlməsinə dair iddialar dolaşır.
Bu iddiaların həqiqətə uyğun olub-olmamasını aydınlaşdırmaq üçün pediatr Xəyalə Quliyeva ilə əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, əvvəllər uşaqların bu virusa yoluxmadığı deyilirdi:
“Bildirilirdi ki, azyaşlılar yoluxsalar da yüngül keçirirlər. Amma son 1 ayda uşaqlar bu virusa yoluxurlar və onlarda da “COVİD-19”un simptomları özünü göstərir. Təbii ki, burada əsas mənbə valideynlərdən başlayır. Valideynlər diqqətli olmur və belə halların olduğuna inanmırlar. Əvvəl etiraz etsələr də, analizin nəticəsi yoluxmanın baş verdiyini göstərir.
Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar məhz koronavirus ilə bağlıdır. Qoxu və dadbilmə hissiyatının azalması və ya tam itməsi, yüngül formada qızartıların olması da virusun əlamətləridir. Bu hallarda xəstəliyi keçirən uşaqlar olub. Gəldiyimiz nəticə budur ki, evdə bir nəfərdə koronavirus aşkarlanıbsa, uşaqlara da çox asanlıqla keçə bilir”.
Həkimin sözlərinə görə, mart və aprel aylarına nisbətən indiki vəziyyət daha ağır və çətindir:
“İnsanlarda daha ciddi virusa yoluxma halları özünü göstərir. Uşaqlarda yoluxma müddəti böyuklərə nisbətən azdır. Təcrübələrimə əsasən, böyüklərdən fərqli olaraq ev şəraitində müalicə alan uşaqların sağalma müddəti 5-7 günü keçməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm