Koronavirusa qarşı daha effektli dərman tapıldı
14:33 16.06.2020
Cəmiyyət
626
Aşağı dozalı “Deksametazon” dərman vasitəsi yeni növ koronavirus infeksiyasının (COVID-19) müalicəsində daha effektivdir.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyadan olan tibb mütəxəssisləri bildiriblər.
Dərmanla bağlı artıq beynəlxalq sınaqlara başlanılıb.
Bildirilib ki, dərman vasitəsi vəziyyəti ağır olan və süni tənəffüs aparatlarına qoşulan xəstələrin ölüm riskini üçdə birə qədər, oksigen balonuna qoşulanlar üçün isə ölüm riskini 1/5-ə qədər azaldır.
Tədqiqatçıların sözlərinə görə, əgər adıçəkilən dərman vasitəsi Britaniyada pandemiyanın başlanğıcından bəri xəstələrin müalicəsində istifadə edilsəydi, 5000 nəfərədək insanın həyatını xilas etmək olardı.
“Bu, həm Britaniyada, həm də dünyada COVID-19-a yoluxmuş xəstələri uğurla müalicə etmək üçün yeni yollar axtarışında böyük bir irəliləyişdir. Bu andan etibarən xəstəxanalarda oksigen balonları və ya süni tənəffüs aparatlarına qoşulan insanların sağalması üçün bu dərmanı istifadə edirik”, - deyə Britaniyanın Milli Səhiyyə Xidmətinin tibb direktoru, professor Stephen Povis deyib.
Mütəxəssislər onu da bildiriblər ki, “Deksametazon” dərman vasitəsinin tətbiqi koronavirus xəstələrinin sayı çox olan yoxsul ölkələrdə çox faydalı ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya