Koronavirusdan qorunmağın bir yolu da idman etməkdir
20:31 09.02.2021
Cəmiyyət
474
Elnur Məmmədli: "Təklif edirəm ki, ara məsafəsini qorumaqla məşq zalları açılsın"
Koronavirus pandemiya halına gələndən dünyada, eləcə də Azərbaycanda sərt karantin rejimləri tətbiq edildi. Daha sonra mərhələli şəkildə yumuşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Lakin artıq 10 aydan çoxdur ki, idman zalları da yumşalmalardan sonra açılmayan obyektlər sırasındadır...
Qardaş ölkə Türkiyədə isə idman salonlarının insan sağlamlığı üçün nə dərəcədə vacib olduğu dərk edilərək onların fəaliyyətinə icazə verilib. Azərbaycanda isə kafe və restoranlar hər yumşalmada açılsa da, son dərəcə əhəmiyyətli olan idman zalları hələ də bağlı qalıb.
Məlumdur ki, koronavirusa qalib gəlmək üçün insanda güclü immun sistemi formalaşmalıdır. Qadağalar isə insanları evdən işə, işdən də evə getməyə vadar edir.
Bəs həmin qadağaların hələ də mövcud olması idman zallarına, məşqçilərə, ən əsası idmançılara necə təsir edib?
Sözügedən mövzu ilə bağlı məşhur cüdoçu, ikiqat Avropa Çempionu Elnur Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, idman zallarının açılması vacibdir:
"Təbii ki, zalların açılması təkcə idmançılar üçün yox, hamı üçün yaxşı olardı. Biz bunu səbirsizliklə gözləyirik. Çünki sözügedən xəstəliklə mübarizənin də ən əsas yollarından biri immunitetin güclü olmasıdır. Bunun üçün isə idmanla məşğul olmaq lazımdır. Yəni koronavirusla mübarizədə idman da böyük rol oynayır.
Bizim qarşıda olimpiya oyunlarımız var və biz ora mütləq düzgün hazırlaşıb getməliyik.
Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Ona görə də hesab edirəm ki, bu boşluqları yalnız idman zallarının açılması və məşqləri bərpa etməklə doldura bilərik".
Avropa Çempionu onu da vurğuladı ki, evdə məşq etmək üçün çoxunun imkanı yoxdur. Eləcə də o, idman zalları ilə bağlı öz təklifini də verdi:
"Mən özüm üçün evdə idman alətləri almışam və məşq edirəm. Amma bunu mən edə bilirəm, bəziləri, hətta əksər insanların bunu etməyə imkanı yoxdur. Bizə əsas o lazımdır ki, idmançılarımız 2021-ci ilin olimpiya oyunlarında rəqibləri ilə görüşə tam hazırlıqlı çıxsınlar.
Düşünürəm ki, bizdə həkim nəzarəti olsa, idmançılar COVİD-19 testi verib zalda ara məsafəsini qorumaqla məşq etsələr, zallar niyə açılmasın? Mən təklif edirəm ki, bizim qaydalarla işləyə bilən müəyyən zallarımız açılsa yaxşı olar. İdmançılar da saatla vaxt götürüb içəridə 8-10 nəfərlə məşq edə bilərlər.
Düşünürəm ki, inşallah, bu məsələ yaxın zamanlarda həll olunar".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya