“Koronavirusla mübarizəyə dair işin ciddiliyinə kölgə salmaq olmaz”
Şəymən Bayramova
09:04 04.08.2020
Cəmiyyət
859
“Bu, pandemiya ilə mübarizənin effektivliyini təmin edəcək ən mühüm strateji faktordur"
"Mütəxəssislərin rəyi budur ki, yumşalma prosesi tədricən olmalı, mövcud sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır”
Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. Qərarda karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilməsi də əksini tapıb.
Bu barədə "Sherg.az"a açıqlama verən millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, burada sanitar-epidemioloji vəziyyətlə yanaşı beynəlxalq təcrübədə əksini tapmış şərtlər və qaydalar da nəzərə alınıb.
Məlum addımı olduqca mühüm və mütərəqqi hesab edən deputat "ASAN xidmət”in pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndiyini, geniş araşdırmadan sonra vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadənin təmin edildiyini deyib:
"120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb, prosesə min ASAN könüllüsü cəlb edilib. Eyni zamanda, müvafiq onlayn resurs istifadəyə verilib. Beləliklə, karantin dövründə insanların açıq havada istirahət etmələri üçün tam təhlükəsiz şərait yaradılıb. Bu mərhələdə də vacib amil gigiyena qaydalarına və sosial məsafə tələbinə riayət etməkdir. Təəssüflər olsun ki, bəzi şəxslər insanların sağlamlığı və təhlükəsizliyinə xidmət edən mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar.
Məsələn, bir müddətdir ki, sosial şəbəkələrdə “çimərliklər istifadəyə açılmalıdır” fikrini fəal təbliğ edənlər müvafiq qərarın əhəmiyyətini azaltmaq, yaxud bu addımın üzərinə kölgə salmaq üçün diqqəti başqa məsələyə yönətmək istəyirlər.
Onlar “rayonlara gediş-gəlişin bərpa olunması lazımdır” fikrini ifadə etməklə ictimai rəyi manipulyasiyaya məruz qoymağa səy göstərirlər. Mütəxəssislərin birmənalı rəyi budur ki, yumşalma prosesi tədricən olmalı, mövcud sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır. İlk olaraq çimərliklər istifadəyə verildi, növbəti mərhələlərdə müxtəlif yumşalmalar da ola bilər".
H.Babaoğlunun sözlərinə görə, əsas məsələ insanların məsuliyyəti və qaydalara tam əməl etmələridir:
"Məhz vətəndaş məsuliyyətinin nəticəsi kimi, yoluxma və aktiv xəstə sayı azalsa, daha bir sıra məhdudiyyətlər aradan qaldırılar. Avropanın koronavirusla ciddi mübarizə sınağı vermiş bir sıra inkişaf etmiş ölkələrinin, o cümlədən Almaniya, İtaliya, İspaniya kimi dövlətlərin təcrübəsi də mərhələli və tədricən yumşalma prosesinin məqbul və effektiv seçim olduğunu göstərir.
Dövlətimiz koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bütün zəruri resursları səfərbər edib. Azərbaycan təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir. Hazırkı həlledici mərhələdə dövlətin müvafiq tədbirlərinə ictimai dəstək davam etdirilməli, işin ciddiliyinə və əhəmiyyətinə kölgə salmaq cəhdlərinə yol verilməməlidir.
Bu, koronavirusla mübarizənin effektivliyini təmin edəcək ən mühüm strateji faktordur"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə