“Koronaviruslu xəstələrin evdə müalicəsi doğru deyil”
Şəymən Bayramova
14:36 06.07.2020
Cəmiyyət
898
“İnsanlar virusdan qorunmaq, guya immunitetlərini qaldırmaq üçün kortəbii olaraq virus əleyhinə dərmanlar qəbul edirlər”
“Sağlam insanların arbidol, erqoferon, tamaflyu, və s. kimi dərmanları sağlam insanların qəbul etməsi düzgün deyil”
“Evdə müşahidə edilməyə dair iltizam” sənədinə əsasən, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Koronavirus xəstələrinin evdə müalicəsinə dair qaydalara əsasən, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Mütləq qaydada yüklənilən mobil tətbiq aktiv olmalı, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icra olunmalıdır.
Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə-sahə həkimi tərəfindən nəzarətdə saxlanılıb, tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə-sahə həkiminə müraciət edilməlidir. Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir.
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva isə “Sherg.az”a açıqlamasında koronaviruslu xəstələrin evdə müalicə olunmasının əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, əgər xəstədə yoluxuculuq varsa, o ailənin digər üzvləri ilə əlaqədə olmamalıdır:
"Koronavirusa yoluxan şəxs potensial daşıyıcıdır və istər- istəməz ətrafındakı şəxsləri də yoluxduracaq. Məsləhət görürəm ki, virusa yoluxan xəstələri qruplaşdırsınlar . Yüngül tipli xəstələr apteklərdə nəzarətə götürülsün, orta ağır xəstələri nisbətən normal şəraitli xəstəxanalarda stasionar müalicə etsinlər. Ağır xəstələri isə reanimasiya şəraiti güclü, müasir avadanlıqlarla təchiz edilən xəstəxanalara yerləşdirsinlər".
Y.Abdıyevanın sözlərinə görə, insanlar virusdan qorunmaq, guya immunitetlərini qaldırmaq üçün kortəbii olaraq virus əleyhinə dərmanlar qəbul edirlər. Sağlam insanların arbidol, erqoferon, tamaflyu, və s. kimi dərmanları sağlam insanların qəbul etməsi düzgün deyil:
"Antiviral dərmanlarla profilaktik müalicə, bir insanın COVID-19 koronavirusuna yoluxmayacağına zəmanət vermir. Əksinə orqanizmin immun sistemini zəiflədir. Virus əleyhinə dərmanlar yalniz yoluxma olduqdan sonra effektiv ola bilər. Virusdan əvvəl antivira dərmanlar qəbul edən şəxsin bədəninə virus düşəndə onu dərmanlarla müalicə etmək çətin olur. Daha yaxşı olar ki, vətəndaşlarımız immunitet artıran qidalardan çox istifadə etsinlər, təmiz havada çox qalsınlar. Boğazlarını duzlu su ilə qarqara edib, nanə, zəncəfil, limon qarışığı içsinlər. Tərkibində vitaminlər və immunostimulyatorlar çox olan qidalarlı istifadə etmək tövsiyə edilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə