Koronavirusun əlamətləri belə başlayır – Baş infeksionist DANIŞIR
08:45 17.06.2020
Cəmiyyət
753
“Koronavirusa yoluxan insanda əlamətlər bir neçə gün əvvəldən özünü göstərir, sadəcə olaraq insan əhəmiyyət vermir”.
Bunu Lent.az -a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib: “İnsan virusa yoluxur, amma gözləyir ki, ortaya çıxan əlamətlər bir neçə günə keçər. Daha sonra xəstəxanaya gələndə ağırlaşma baş verir. Ağırlaşma da hamıda baş vermir. Yanaşı gedən xəstəliyi, müəyyən patalogiyası olan insanlarda bunlar baş verə bilir”.
Həkim bildirib ki, hərarət, boğazda ağrılar, öskürək, zəiflik, halsızlıq, sümük-əzələ ağrıları, iştahsızlıq, qusma və ishalın meydana çıxması kimi əlamətlər, xüsusilə temperatur fonunda ortaya çıxırsa, koronavirusa görə yoxlanmaq vacib şərtdir.
C.İsayevin sözlərinə görə, virusun ciyərlərə mənfi təsir etməsi fərdi xüsusiyyətlərdən asılıdır: "Ola bilər ki, kimdəsə bir həftəyə, başqa birində iki həftəyə özünü göstərir. Koronaviruslu xəstələrin zoğal mürəbbəsi, kəklikotu, zəncəfilli çaydan istifadəsinin faydalı olduğunu, lakin ağır xəstələrin mütləq xəstəxana şəraitində müalicə olunmasının vacibliyini qeyd edib. Evdə müalicəsinə qərar verilən xəstələr də mütləq həkim nəzarəti altında olmalıdır”.
Baş infeksionist koronavirusa görə edilən test cavablarının gec çıxması məsələsinə də münasibət bildirib: “Əvvələr testlərin cavabı gec çıxsa da, son vaxtlar müəyyən qədər irəliləyiş var. Götürülən analizlərin nəticəsi bir-iki günə məlum olur və SMS-lə xəbər göndərilir.
Koronavirus başlayandan müzakirə olunurdu ki, yüngül xəstələr evdə özlərini karantin rejimində saxlasınlar evi tərk etməsinlər. Həm özlərini, həm də digər insanları qorusunlar. Bununla bağlı hələ ki, qərar verilməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm