“Koronavirusun tez bitməsi üçün məsuliyyətimizi artırmalıyıq”
Şəymən Bayramova
13:05 02.07.2020
Cəmiyyət
1188
"Dövlət koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atmaqdadır. Lakin qərarlara riayət etməyən bəzi məsuliyyətsiz insanlarla hər gün hər birimiz rastlaşırıq".
Bu sözləri “Sherg.az”a Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı deyib.
Günay xanım hesab edir ki, koronavirusa yoluxanların sayının artmasına səbəb sosial məsafə gözləməmək, tibbi maska taxmamaq və gigiyena qaydalarına riayət etməmək kimi üç ciddi amildir:
"Dəfələrlə bu üç qaydaya riayət etməyənlərə xoş şəkildə iradımı bildirsəm də, bəzən cavabında sərt reaksiya görmüşəm. Təbii ki, qəbul edənlər də olub.
İnsanlar var, illərdir bu və ya digər xəstəlikdən əziyyət çəksələr də müalicə ilə ömürlərinə davam edirlər. Yaxşı indi nə edək? Bu insanları biz məsuliyyətsizlik ucbatından itirək? Nə zamana kimi?
Mövcud vəziyyəti və real təhlükəni görməmək, inanamamaq hansı çərçivəyə sığır? Bizim hər birimizin vətəndaş məsuliyyətini dərk etməyimiz üçün gözəl nümunələrimiz var.
Ölkə başçısı Cənab İlham Əliyev, Birinci vitse -prezident Mehriban xanım Əliyeva tibbi maskalardan istifadə edirlər. Bu məgər yetərli deyil? Düşünə bilmirəm, koronavirusun hökm sürməsinə inanmaq üçün daha nə etmək lazımdır? Bundan başqa insanlar qəbul etməlidirlər ki, bir insanın virus daşıyıcısı olması, onlarla insanın virusa yoluxması deməkdir. Və ən əsası koronavirus yaş həddi tanımır".
Bu gün bizlərdən tələb olunan 3 qaydaya riayət etməli olduğumuzu vacib hal kimi vurğulayan G.Ağamalı hesab edir ki, hər kəs bu məsələdə yalnız özünü deyil, ailə üzvlərini, yaxınlarını, doğmalarını, iş yoldaşlarını hətta küçədə, marketlərdə, apteklərdə, bir sözlə qarşılaşdığı hər bir şəxsin yaşamaq haqqını dərk etməli, bu bəlanın tez bitməsi üçün məsuliyyətimizi daha da artırmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə