Korrupsionerlərə dəqiq zərbə ! – “Sərvətləri əllərindən alınsın” - Həqiqətlər üzə çıxır
Fidan Həmişəyeva
15:25 12.01.2021
Cəmiyyət
664
Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində ciddi işlər görülməlidir. Baş prokurorun sözlərinə görə, korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik:
“Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın”.
Ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən danışan K.Əliyev vurğulayıb ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir:
“Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu sahədə tərəfimizdən priorititet istiqamət müəyyən edilməlidir. Mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq”.
Baş Prokurorun söylədikləri barədə fikirlərini “Sherg.az”la bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu söyləyib ki, dövləti gücləndirmək üçün ilk növbədə korrupsiyanı yox etmək lazımdır:
“Korrupsionerlər ifşa olunmalıdır ki, onların hansısa qohumu vəzifəyə gəlmək istəsə, bütün həqiqətlər bilinsin . Bu işlə məşğul olanları həbs etməzdim. Onların əlindəki bütün sərvətləri almaq lazımdır. Eyni zamanda korrupsiya ilə məşğul olanların övladlarına məxsus sərvətləri də ələ keçirmək vacibdir. Bu, onlar üçün ən böyük zərbədir”.
N.Cəfəroğlu qeyd edib ki, korrupsionerlərin cəzalandırılmasını vətəndaşların gözü qarşısına etmək lazımdır:
“Onların talan etdikləri vəsaitlərin bir qismi uşaqlar evinə, digərləri şəhid ailələri və qazilərimizə verilməlidir . Bəzən korrupsiyanın üstü açılanda bu işlə məşğul olanların əlindən heç nə alınmır.
Daha sonra onlar xarici ölkələrdəki bütün hesabları ilə özlərinə yeni iş qurub çox gözəl həyat yaşamağa davam edirlər. Çox ciddi və sərt işlər görülməlidir ki, belə hallar baş verməsin. Xalqın pulunu talayıb özlərinə sərvət düzəldirlər.
Nə üçün bu pullar onlarda qalmalıdır ki? Korrupsiya bütün dünyada var. Demokratiyanın beşiyi sayılan Amerikanın özündə də belə hallar olur. Özümüzü qorumaq üçün bu sahədə ciddi mübarizə aparmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat