“Korrupsiya istənilən ölkənin milli təhlükəsizliyi üçün təhlükədir” – Sabiq MTN zabiti
Banuçiçək Kalbalıyeva
07:56 15.05.2020
Cəmiyyət
1152
“Nə qədər ki, belə neqativ hallar var, xarici xüsusi xidmət orqanlarının müdaxiləsinə imkan yaranacaq”
“Odur ki, “təmizləmələr” kampaniya ilə kifayətlənməməlidir. Sistem tamamilə dəyişməli, parlament nəzarəti formalaşmalı, azad media olmalıdır”
Həbs edilən icra başçıları bu vəzifəyə təyin edilən vaxtdan etibarən xalqın, dövlətin sərvətini talamaqla, gödəkçələrinin, şalvarlarının heç də kiçik olmayan ciblərini doldurmaqla məşğul oldular. Bunu onların kabinetlərində aşkarlanan, torbalara yığılıb, ağzı bağlanan pullar sübut edir. Tərəzi ilə hesablana biləcək pullar məmurların illərlə çəkdikləri “zəhmət”in “halal” qazancıdır. Hökumətin həmin “meşok”ları müsadirə etdiyi məlumdur.
Amma bəs küncdə-bucaqda qalanlar, icra başçılarının torbaya yığmağa “unutduqları”? Bəs həmin pullarla saxlanılan icra başçıları ölkənin milli təhlükəsizliyini təhdid altına ala bilcək addımlar ata bilərlərmi?
Sualmızı cavablandıran ADP-nin qurucusu və sədri, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi nazirinin keçmiş müavini Sülhəddin Əkbər“Sherg.az”a bunları deyib:
“Korrupsiya istənilən ölkənin milli təhlükəsizliyi üçün təhlükədir. Bu, xərçəng xəstəliyi kimidir- yayıldısa, məhv edəcək. Nə qədər ki, belə neqativ hallar var, xarici xüsusi xidmət orqanlarının müdaxiləsinə imkan yaranacaq. Odur ki, “təmizləmələr” kampaniya ilə kifayətlənməməlidir. Sistem tamamilə dəyişməli, parlament nəzarəti formalaşmalı, azad media olmalıdır. Əks halda mənimsənilən pullardan daha çox, mövcud vəziyyət arzuolunmaz nəticələrə səbəb ola bilər. Sistem xarici müdaxilə üçün açıq olmamalıdır. Bu zaman nə pul mənimsəniləcək, nə də milli təhlükəsizliyə təhdiddən söhbət gedəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya