Küçələr, dəniz kənarı, ağacların üstü doludur
Şəymən Bayramova
09:46 29.07.2020
Cəmiyyət
862
Qoruyucu maska və əlcəklərin hara gəldi atılması virusun yayılmasına səbəb olur
Koronavirus pandemiyası dövründə istifadə olunan qoruyucu fərdi vasitələr ətraf mühitin çirklənməsi səviyyəsinə mənfi təsir göstərir.
BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında maska, əlcək, dezinfeksiya vasitələrinin qablarının küçələri, çimərlikləri və dünya okeanını zibillədiyinə dair məlumatlar yer alıb. Hesabatda vurğulanıb ki, plastik çirklənmə pandemiyaya qədər Yer kürəsi üçün ən böyük təhdid idi. Bu cür qoruyucu vasitələrin istifadəsi isə vəziyyəti daha da gərginləşdirir.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə "Şərq"ə açıqlamasında koronavirus pandemiyası dövründə istifadə olunan tibbi qoruyucu vasitələrin birdəfəlik və çoxdəfəlik olduğunu deib. Onun sözlərinə görə, çoxdəfəlik materiallar tibb müəsisələrində xüsusi vasitələrlə, tibbi məhlullarla dezinfeskiya edilir, tam təmizlənir. Birdəfəlik istifadə materialları: baxillər, qoruyucu tibbi maskalar, əlcəklərin isə utilizasiyası, məhvedilməsi üçün xəstəxanalarda xüsusi tullantı yerlər var:
"O materiallar xüsusi maşınlarla aparılır. Gündə milyonlarla insan tibbi maskadan və əlcəkdən istifadə edir. Lakin istifadə olunmuş vasitələr xüsusi qaydada toplanmır və məhv edilmir. Bu əlcək və maskalara virusun yapışması və qalması realdır. Hazırda küçə və məhəllələrdə hər yerdə atılmış tibbi qoruyucu maska və rezin əlcəklərə rast gəlirik".
İstifadə olunan bu vasitələrin hara gəldi atılmasının etik olmadığını vurğulayan Birlik sədri koronavirus infeksiyasının hava-damcı yolu yayıldığını xatırladıb:
"Biz isə istifadə etdiyimiz maskaları hara gəldi atırıq. Ağacların budaqları, kollar doludur istifadə olunmuş maskalarla. Mənim fikrimcə, istifadə olunmuş tullantıları xüsusi qablara yığmaq və daşımaq o qədər də praktiki deyil. Yaxşı olar ki, hər kəs istifadə etdiyi tibbi maskanı, baxili, əlcəyi 95 faizli spirt məhlulu ilə, ya da xlorla dezinfeksiya edib sonra zibil qutusuna atsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə