Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardıb?
Yusif Nəzərli
14:08 30.01.2025
Cəmiyyət
371
Kürdəmirdə valideynlərin uşaqlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik sistemi olan məktəblərə aparmaları barədə iddialar yayılıb.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkə platformasında paylaşımlar edilib. Bildirilir ki, mövcud problemlə bağlı artıq məktəblərdən birindən yüzlərlə uşaq çıxıb.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, son günlər Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan bəzi məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar həqiqəti əks etdirmir:
"Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyi odun sobası ilə yox, fərdi qazanxana sistemi vasitəsilə qızdırılır və məktəbdə istilik təminatı normal qaydada həyata keçirilir".
Məlumatda qeyd edilib ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:
"Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır".
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi