Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi - FOTO
11:06 23.05.2020
Cəmiyyət
573
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada “Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir. Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir.
Bu il koronavirus epidemiyasına görə “Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, “Şatyor-TV”-nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.
Buraxılışda qeyd edilir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi “Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya