Liderə minnətdarlıq: “Fəxr edirik ki, Sizin kimi müdrik, qayğıkeş dövlət başçımız var”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Lənkəran şəhərindən Sehran Şükürov, Ceyhun Rzayev, Səxavət Bağırov, Azər Abdullazadə və Ceyhun Cəfərov ölkə liderinə yazırlar: 

“Əziz Prezidentimiz, Sizin Lənkərana göstərdiyiniz doğma münasibətiniz biz sakinlərə hədsiz qürur verir. Fəxr edirik ki, Sizin kimi müdrik, qayğıkeş dövlət başçımız var. Sizin tapşırıqlarınıza uyğun olaraq, şəhərimizin küçələrində asfaltlama işləri aparılır. Bizim yaşadığımız Füzuli, Kələntərlilər, Vaqif Nağıyev küçələri də asfaltlanıb və abadlaşdırılıb. Sizin qayğınız sayəsində indi Lənkəran şəhərinin hər tərəfi səliqəli, təmiz görünür. Cənab Prezident, bu işlər, bu qayğı könlümüzü açır, belə bir vaxtda bizə ruh verir. Biz Sizdən çox razıyıq. Allah Sizdən razı olsun!”.