“Lukaşenko Belarusun Rusiya daxilində “əriməsini” istəmir”
Fidan Həmişəyeva
14:59 03.03.2021
Cəmiyyət
626
“Belarus xalqı da bu birləşmənin tamamilə əleyhinədir”
“Rəsmi Moskva münasibət qurduğu ölkəni özünün orbiti ətrafında fırlanmağa məcbur edir”
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxıb.O, bildirib ki, dünya o qədər dəyişib ki, Rusiya ilə Belarus arasında birləşmə ehtimalını ciddi şəkildə düşünmək ağılsızlıq olardı. Fevralın 22-də Soçidə Vladimir Putinlə görüşü barədə danışan Belarus lideri bildirib ki, müzakirə iki ittifaq dövləti kontekstində gedib. “Münasibətlərimizin indi hansı səviyyədə olduğunu və gələcəkdə haralara qədər gedib çıxa biləcəyimizi müzakirə etmişik”.
Lukaşenkonun açıqlamasını “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Belarus xalqı Rusiya ilə birləşmənin tamamilə əleyhinədir. Ona görə də Lukaşenko belə fikir səsləndirib.
Analitikin sözlərinə görə, Lukaşenko siyasi lider kimi rəsmi Moskva ilə birləşməklə öz dövlətinin tamamilə “əriməsini” istəmir:
“Bu gün Lukaşenko müəyyən mənada nə qədər Rusiyaya möhtac olsa da, rəsmi Kremlin siyasətini çox gözəl bilir. O, anlamamış deyil ki, Rusiya heç bir postsovet ölkəsi ilə bərabərhüquqlu səviyyədə münasibətlər sistemi qurmur.
Rusiya kiminləsə münasibət qurmaq istəyirsə, həmin ölkəni özünün orbiti ətrafında fırlanmağa məcbur edir.
Bu, Belarusa da aiddir. Əlbəttə, Lukaşenko da bunu çox yaxşı bilir. Ona görə də həmin reallıqları nəzərə alaraq belə fikirlər bildirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat