Maşının yük yerində gizlənənlərə: “Bu igidlik yox, məsuliyyətsizlikdir”
Banuçiçək Kalbalıyeva
13:06 15.04.2020
Cəmiyyət
725
“Maarifləndirmə ilə problemi həll etmək olmursa, cəzalar tətbiq edilməlidir"
Balakən rayonunda xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs tutulub.
Profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.
Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Bəzilərinin qanunu pozmağa bu qədər meyilli olması insanı təəccübləndirir. Yaxşı, tutaq ki, qanundan qorxmur, cərimədən çəkinmirlər. Sağlamlıqlarını da düşünmürlərmi?!
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu, artıq ənənəyə çevrilib:
"İnsanlar elə bilirlər ki, belə əməllər törətməklə igidlik edirlər. Belə əməllərə görə heç kimə "A kişi, sən qəhrəmansan deməzlər. Əlbəttə, bu cür hadisələrə təsir edən ən ciddi amil məsuliyyətsizlikdir. Görünür, valideynlər, orta məktəblər sözügedən məqama etinasız yanaşırlar. Yaponlar isə uşaqlarına məsuliyyət hissini üç yaşından aşılayırlar".
Ə.Qəşəmoğlunun sözlərinə görə, günahkar həmin şəxs və sürücüdür:
“İnsanlar qanun pozuntusuna adi hal kimi yanaşmamalıdırlar. Elə bilirlər, rüşvətlə, pul verməklə istədiklərini etmək mümkündür Ona görə də hüquq- mühafizə işçiləri də ciddi olmalıdırlar. Ümumiyyətlə, əgər maarifləndirmə ilə problemi həll etmək olmursa, inzibati tədbirlər görülməli, cəzalar tətbiq edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm