“Maskadan istifadə edilməli, ara məsafəsi gözlənilməlidir”
Şəymən Bayramova
13:22 09.06.2020
Cəmiyyət
782
“Karantin rejiminin tələblərinə əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir”
Koronavirus infeksiyasına yoluxma halları ölkədə pik həddə çatıb. Hər gün rekord sayda artım müşahidə edilir. Son 10 gündə yoluxma sayı 300-dən çox olur, sağalanların sayı isə bundan 2 dəfə azdır. Gündəlik artım sayını həddindən artıq mənfi tendensiya kimi dəyərləndirən ekspertlər hesab edir ki, vəziyyət belə davam edərsə, xəstəxanalarda yer tapılmayacaq.
Qeyd edək ki, yoluxma sayının artmasının başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.
Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra Azərbaycanda koronavirusun geniş vüsət aldığını vurğulayan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, bu da insanların arxayınlaşması ilə birbaşa bağlıdır. Partiya sədrinin sözlərinə görə, karantin qaydaları yumşalandan sonra insanlarda belə bir təəssürat yarandı ki, artıq təhlükə geridə qaldı, pandemiya başa çatdı:
"Halbuki xəstəliyin təhlükəsi, məhz onun tədriciliyi və gizliliyidir. İnkubasion, yəni əlamətsiz dövrü iki həftə və daha artıq müddətdir. İki həftə ərzində daşıyıcı özü də bilmədən ətrafını yoluxdurur. Bu səbəbdəndir ki, dünyanın güclü dövlətləri belə pandemiyanın əsirinə çevriliblər".
Pandemiyaya qarşı mübarizədə Azərbaycanda zəruri tədbirlərin atıldığını deyən Partiya sədri bir sıra sosial yönümlü tədbirlərin düzgün seçilmədiyini də diqqətə çatdırıb.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi, izolyasiya rejiminin boşluqları, xəstəliklə mübarizə tədbirlərində təcrübə mübadiləsi, karantin rejimində saxlanılanların şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin daha da təkmilləşdirilməsinə ehtiyac var.
Eyni zamanda vətəndaşlarımız da maskadan istifadə etməli, ara məsafəsini gözləməlidirlər. Karantin rejiminin tələblərinə əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə