“Mədəniyyətimizi qorumağa mükəlləf olan bir nazirlikdə elə hadisələr baş verir ki...”
Şəymən Bayramova
16:21 11.05.2020
Cəmiyyət
860
“...Bu, təkcə adi cinayət kimi deyil, həm də mənəviyyatsızlıq olaraq qiymətləndirilməlidir"
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr islahatları bütün ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir.
Məsələ ilə bağlı öz mövqeyini açıqlayan ictimai-siyasi xadimlərin fikrincə bu islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.
Qeyd edək ki, icra başçılarının həbsilə başlayan rüşvət və korrupsiayaya qarşı mübarizə artıq mərkəzi icra hakimiyyəti orqanlarına sıçrayıb. Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə gün əvvəl Mədniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat buna nümunə sayıla bilər. Prosesin nazirliklər səviyyəsində davam edəcəyi ehtimal olunur.
Sözügedən həbsləri "Sherg.az"a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədr müavini Hikmət Babaoğlunun sözlərinə görə, məmurlar baş verənlərdən nəticə çıxarmasa, cəmiyyət bu cür həbslərin şahidi olacaq:
"Azərbaycan xalqı minilliklərdən bəri yaratdığı maddi və mənəvi mədəniyyət abidələri ilə milli irsimizi dünya mədəniyyəti incilərindən birinə çevirməyi bacarıb. Bu gün də əcdadlarımızdan bizə qalmış bu möhtəşəm mirasın dünyaya tanıdılması, gənc nəsilə ötürülməsi və inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən xüsusi siyasət həyata keçirilir. Azərbaycan torpaqlarının 20 faizi işğal altında, işğal edilmiş torpaqlarımızda mədəni irsimizin olduqca qiymətli və böyük hissəsi isə erməni vandalları tərəfindən dağıdılmaqdadır.
Belə bir vəziyyətdə əlimizdə olan hər bir mədəniyyət nümunəsi olduqca qiymətli, mədəniyyətimizin inkişafı üçün ayrılan vəsait dəyərlidir. Çox təəssüf ki, mədəniyyətimizi qorumaq və inkişaf etdirməklə mükəlləf olan bir nazirlikdə elə hadisələr baş verir ki, bu, təkcə adi cinayət kimi deyil, həm də mənəviyyatsızlıq olaraq qiymətləndirilməlidir".
Deputatın fikrincə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatların ən prioritet istiqamətlərindən bir korrupsiyaya qarşı mübarizədir:
"Hazırda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xüsusi əməliyyatlar keçirilməklə korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Azərbaycan Prezidenti açıq şəkildə bütün icra hakimiyyəti orqanlarına xəbərdarlıq edir, yeni dövrün tələbləri ilə ayaqlaşa bilməyən, yaxud bunu istəməyən məmurları istefaya dəvət edir. Ancaq təəssüf ki, bütün bunlar bəzən ciddiyə alınmır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi kimi bir ali icra hakimiyyəti orqanında korrupsiya və rüşvətxorluq hallarına yol verilir. Bu, ölkə ictimaiyyəti, elm, mədəniyyət cameəsi tərəfindən ikrah hissi və təəssüflə qarşılanır. Bu nazirliyin yüksək çinli məmurları, nazir müavini Rafiq Bayramov, Zakir Sultanov və digərləri öz səlahiyyətlərindən sui-istifadə etməklə mədəniyyətimizin qorunması və inkişafına dağıdıcı zərbə vururlar. Bu, yolverilməzdir. Hər kəsə bir daha aydın olmalıdır ki, ölkəmizdə korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilinə qədər bu mübarizə davam edəcək və Azərbaycan Prezidentinin bu qətiyyəti daim xalqımızın hər bir vətənsevər fərdi tərəfindən sonadək dəstəklənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət