"Məktəb təkcə şagirdlərdən ibarət deyil"
Şəymən Bayramova
09:07 14.08.2020
Cəmiyyət
840
"Şagirdlərin tək-tək, maska ilə oturmasını təşkil etməklə sentyabrın sonlarına yaxın məktəblərin fəaliyyətini bərpa etmək olar"
Mütəxəssislərin fikrincə, karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Məhdudiyyətlər götürülsə belə, insanlar mənəvi məsuliyyət daşımalıdır. Çünki dövlət üzərinə düşəni edib, artıq növbə vətəndaşlarındır.
Əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.
Həkim-infeksionist Namiq Nəbiyevin "Şərq"ə açıqlamasına görə, son günlər yoluxma sayının yenidən artmasına səbəb vətəndaşların məsuliyyətsiz davranışlarıdır:
"Dünən Kürdəxanı kəndində İl market adlı bir ticarət dükanına girmişdim. İnsanların əksəriyyəti, o cümlədən də satıcılar maskasız hərəkət edirdilər. Maskasız insanlara irad bildirdiyimə görə də mənə rişxənd edib qaytarmaqla cavab verirdilər. Əgər əhali karantin şərtlərinə bu cür əməl edəcəksə, təbii ki, yoluxma sayında artım olacaq. Hətta belə davam etsə, yumşalmalar yenidən aradan qalxa bilər".
Payızda ikinci dalğanın yaşanması ehtimalına gəldikdə isə N.Nəbiyev deyib ki, karantin qaydalarının tələb və şərtlərinə əməl edilsə, payızda yoluxma sayının yüksəlməsinin qarşısını almaq olar:
"Biz onsuz da ikinci dalğanı yaşayırıq. İyulda pandemiyaya yoluxma sayı azalmışdı, virus sönməyə doğru gedirdi. Lakin yumşalma tədbirlərindən sonra əhalinin karantin tələblərinə əməl etməməsi, inamsızlığı nəticəsində ikinci dalğa ilə üzləşmək məcburiyyətində qaldıq".
Məktəblərin açılması məsələsinə toxunan həkim distant təhsilin səmərəsiz olduğunu və dərslərin başlamasının labüd olduğunu deyib:
"Amma təbii ki, dərslərin ənənəvi qaydada keçirilməsi yoluxma baxımdan risklidir. Belə ki, uşaqlar arasında koronavirusa yoluxma faizi az olsa da, onlara dərs deyən müəllimlərin yaşı da nəzərə alınmalıdır. Məktəb təkcə şagirdlərdən ibarət deyil axı? Hesab edirəm ki, dərs saatının müddətini azaldıb 30 dəqiqə etmək, şagirdlərin tək-tək, maska ilə oturmasını təşkil etməklə sentyabrın sonlarına yaxın məktəblərin fəaliyyətini bərpa etmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya