“Məmur ana dilində danışa bilmirsə, məsuliyyət daşımalıdır”- Cəza istənilir !
Fidan Həmişəyeva
14:03 01.06.2020
Cəmiyyət
855
“Ulu Öndər neçə dəfə məmurları ayağa qaldırıb deyib ki, ana dilini yaxşı bilməsəz, vəzifənizi tərk etməlisiz”
“Dövlət səviyyəsində belə məsələlərə diqqət verilməlidir”
Azərbaycanda bəzi vəzifəli şəxslər ana dilinin mahiyyətini tam dərk etmək gücündə deyil. Ya da özlərinin “ənənəvi” danışıq üslublarından imtina etmək istəmirlər. Son zamanlar danışıq üslubu ilə qıcıq yaradan bəzi məmurlar var. Yüksək postları tutan bu şəxslər ana dili qaydalarını elə kobud şəkildə pozurlar ki... Hətta mətbuat nümayəndələri belə onları anlamaqda çətinlik çəkir.
Uzun illərdir yüksək vəzifələrdə çalışan bu məmurlar niyə ana dilində pis danışsınlar?
Filologiya elmləri doktoru, professor Möhsün Nağısoy “Sherg.az”a açıqlamasında bildirib ki, dil xalqın varlığı, xalqın kimliyidir:
“Ulu Öndərimizin sözü ilə desək, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Dil birbaşa xalqın milliliyi, vətənpərvərliyi ilə bağlıdır. Ulu Öndərin bir sözü var: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun ana dilidir”. Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, “dilimiz o qədər zəngindir ki, əcnəbi kəlmələrə ehtiyac yoxdur”. Azərbaycan Respublikasının dövlət dili haqqında qanun var. Qanunda xüsusi bir maddə əks olunub ki, hər bir vətəndaş ana dilini bilməlidir və buna görə məsuliyyət daşıyır. Hər hansı bir məmur ana dilində gözəl danışa bilmirsə, deməli o məsuliyyət daşımalıdır”.
Professorun sözlərinə görə, KİV-lərdə, reklam daşıyıcılarında, internet səhifələrində dil pozuntularına qarşı cəzalar tətbiq olunmalıdır:
“Ulu Öndər neçə dəfə məmurları ayağa qaldırıb deyib ki, ana dilini yaxşı bilməsəz, vəzifənizi tərk etməlisiz. Hər bir kəs bilməlidir ki, dil xalqın milli sərvətidir. Sərvəti də göz bəbəyi kimi qorumaq lazımdır. Dil dövlət atributlarından biridir. Necə ki, bayrağa, gerbimizə hörmət və diqqətlə yanaşırıq, dilimizə də elə yanaşmaq lazımdır. Dövlət səviyyəsində belə məsələlərə diqqət verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya