Mənzilin sığortası vacibdir: Amma bizdə şirkətlərə inam yoxdur
Məlahət Rzayeva
11:46 05.11.2019
Cəmiyyət
978
İqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə bildirib ki, gələn ildən daşınmaz əmlak sığortası məcburi olacaq. Bunun üçün Bakı şəhərində əmlak sahibləri ən azı 50 manat ödəməli olacaq.
“2020-ci il yanvarın 1-dən əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir. Belə ki, gələn ildən daşınmaz əmlak sığortası icbari olacaq. Qanuna görə, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Bu o deməkdir ki, daşınmaz əmlak sahibləri onu məcburi sığorta etməli və Bakı şəhərində ildə ən azı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məqsədlə 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat ödəməlidirlər”.
İqtisadçı deyib ki, əmlakını sığorta etdirməyənlər cərimə olunacaq:
“Cərimənin məbləği 30 manatdır, 20 gün müddətinə əmlakını sığorta etdirməyənlər təkrar 30 manat cərimə olunacaqlar. Dünyanın əksər ölkələrində daşınmaz əmlak icbari deyil, könüllü sığorta olunur. Həmin ölkələrdə icbari sığorta yanaşması yalnız o hallarda məcburi xarakter daşıyır ki, ondan üçüncü şəxs ziyan çəkə bilər. Belə ki, bu ölkələrdə avtomobillərin sığortası icbari olsa da, daşınmaz əmlakın sığortası könüllüdür.
Azərbaycanda da daşınmaz əmlak sığortası növbəti ilədək könüllülük əsasında tətbiq olunurdu. Lakin, sığorta şirkətlərinə inamsızlıq və bütövlükdə isə sığorta mədəniyyətinin inkişaf etməməsi səbəbindən əhali bu sığorta növünə o qədər də maraq göstərmir”.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Şərq”ə açıqlamasında sığortanın vacib olduğunu, lakin bizdə bu təcrübənin formalaşmadığını bildirdi:
"Təəssüf ki, bizdə nə sığorta ənənəsi, nə də təcrübəsi formalaşıb. Əgər sığorta şirkəti binaya gəlib sakinlərlə söhbət aparır, onları sığortanın vacibliyinə inandıra bilirsə, bəli, bu halda mənzillərini sığortalamağa razılaşırlar. Amma könüllü şəkildə kiminsə sığorta şirkətinə getməsi, mənzilini, evini sığortalaması nadir hallarda baş verir. Mənzil girov qoyulanda, yaxud da alqı-satqıya çıxarılanda icbari sığorta olunur. Adi vaxtlarda isə heç kim sığorta haqqında düşünmür. Ən azından 1 illik 50 manat dəyərində icbari sığorta etdirmək lazımdır. Çünki, heç kim təbii fəlakətlərdən, daşqından, zəlzələdən, Allah göstərməsin, yanğından sığortalanmayıb".
N.İbrahimov vətəndaşların mənzillərin sığorta etdirməməsinin bir səbəbi kimi sığorta şirkətlərinə inamsızlığı da vurğuladı:
"Sığorta şirkətlərinə inamsızlıq da səbəblərdən biridir. Sığorta şirkətləri də insanlarla işləmir, passiv fəaliyyət göstərirlər. Həm də bizim əhalidə sovet psixologiyası hələ də qalmaqdadır ki, bir hadisə baş versə, hökumət kompensasiya edəcək. Amma MTK-ların inşa etdiyi müasir yaşayış komplekslərinin, vətəndaşların fərdi evlərinin hökumətə nə aidiyyəti var? MTK-lar da binanı tikib təhvil verdikdən sonra aralanıb gedirlər. MTK-lar tikdiyi binalarda sakinlər özləri idarəçiliyi təşkil etməli, sığorta məsələsini də həll etməlidirlər. Çünki binanın idarə olunması artıq sakinlərin üzərinə düşür. Yaxud da binalara nəzarət edən komendantlar sakinlərlə söhbət aparmalı, mənzil sığortasının vacibliyinə onları inandırmalıdırlar. Vətəndaş bilməlidir ki, sabah, Allah eləməmiş mənzili ilə bağlı gözlənilməz bir hadisə baş verdikdə, sığortası yoxdursa, küçədə qalacaq. Sığorta isə dəyən ziyanı qarşılaya bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə