Meriya onları ölümdən qurtarmalıdır
05:33 05.03.2021
Cəmiyyət
630
Yol süpürən qadınların bəlli iş saatı yoxdur
Elə insan var ki, hər yaşda zəhmət çəkir, ailəsinə bir tikə də olsa çörək aparmaq üçün özünü oda-közə vurur. Hazırda sizə bəhs edəcəyimiz insanlar yaşlarının çox olmasına baxmayaraq, hətta öz canlarını təhlükəyə atmaqla evlərini dolandırmağa çalışırlar. Yəqin ki, gecə-gündüz demədən yolları təmizləyən yaşlıları hamı görür.
Səhərin gözü açılmadan, hələ biz yuxudan durmadan işə başlasalar da, axşama qədər yollarda, canlarını heçə sayaraq çalışırlar. Hətta "süpürgəçi qadını maşın vurdu" başlıqlı xəbərləri də az eşitmirik. Günün ən pik saatlarında, yolun hərəkət hissəsində təmizlik işləri aparan bu yaşlı insanların təhlükəsizliyi və həyatı nə dərəcədə qorunur?
AVCİA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq"ə deyib ki, məsələni işıqlandırmaqla problemi həll etmək lazımdır:
"Bu məsələ barəsində çox ciddi problemlər var. Həmin insanların əksəriyyəti sosial durumu pis olanlardır. Az maaşla da olsa çətin işdə çalışmağa razı olurlar. Bu insanların hər an işlərini itirmək təhlükəsi var.
Buna görə də günün hansı saatında olur-olsun onları işə çıxarırlar. Bu baxımdan həmin insanların problemini işıqlandırıb, məsələni həll etmək olar. Yəqin ki, sözügedən məsələ ilə məşğul olan qeyri-hökumət təşkilatları var. Bu haqda cəmiyyətdə ictimai rəy yaratmaq olduqca vacibdir. Bəlkə bundan sonra o insanlara qarşı diqqət artar".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya