Mesaj budur: “Pandemiyaya qarşı tələbləri yerinə yetirməliyik”
Fidan Həmişəyeva
12:28 05.06.2020
Cəmiyyət
734
“İnsanların kütləvi olduğu yerlərdə mütləq maska taxmaq lazımdır. Çətin olsa da, birtəhər dözmək lazımdır”
Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Ölkə başçısının tibbi maskadan istifadə etməsi bütün cəmiyyətimizə bir örnək oldu.
Ölkəmizdə pandemiyanın hökm sürdüyü bir zamanda əhali arasında laqeydlik, məsuliyyətsizlik var. İnsanlar sosial izolyasiya qaydalarına əməl etmirlər. Bunun nəticəsidir ki, son günlər virusa yoluxanların sayında kəskin artımlar müşahidə edilir. Cənab Prezidentin maskadan istifadəsi isə bütün xalqımıza nümunə oldu.
Millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, cənab Prezident maskadan istifadə edirsə, bu, cəmiyyətəmizə, xalqımıza bir mesajdır. Mesaj ondan bəhs edir ki, epidemiyaya qarşı minimal tələbləri yerinə yetirməliyik.
Deputat qeyd edib ki, heç bir ölkə sona qədər pandemiyada qala bilməyəcək:
“Ona görə ki, virus cəmiyyətdə böyük problemlər yaradır. İnsanlar bir-birini görmək istəyir. Daha vacib isə iqtisadi məsələlərdir. Cənab Prezidentin və birinci xanımın səyləri nəticəsində vaxtında karantin rejiminin tətbiqi, operativ qurumun yaradılması və çevik fəaliyyətlə ölkəmizdə pandemiya baş vermədi. Dəfələrlə fikir mübadiləsi aparanda pandemiyanın bütün dünyada olduğunu bildirmişəm. Pandemiya iqtisadi problemlər yaradır. Prezident başda olmaqla hər birimiz çalışırıq ki korona krizisindən az itkilərlə çıxaq, ümumdaxili məhsulun artım tempini inkişaf etdirək. Başa düşməliyik ki, kiminsə virusa yoluxması faciədir. Bu qədər addımlar atıldı, vəsait xərcləndi, müəyyən mərhələlərdə radikal qərarlar verildi. Çünki insan həyatı önəmlidir və tələfatın qabağını almaq üçün işlər görüldü. Sonda isə karantin yumuşalan kimi gündəlik ortalama 120 yoluxmaların sayı 300-ü keçdi. Bu, o deməkdir ki, cəmiyyətdə qeyri-ciddilik var. İnsanların bir hissəsində laqeydlik olur”.
R.Quliyev dəfərlərlə supermarketlərdə insanların qaydalara əməl etmədiklərinin şahidi olduğunu da diqqətə çatdırıb:
“Bazarlarda isə ümumiyyətlə maskadan istifadə etmirlər. Ona görə də karantin rejimi yenidən sərtləşdi. İnsanlar qaydalara qulaq asıb, icra etməlidir. Başqa yol yoxdur. Dünyada varlı insanlar, milyarderlər də virusa yoluxur. Deməli, bütün bunlar zarafat deyil. Məsələyə ciddi yanaşmaq lazımdır. Heç kim demir ki, maskada yatmaq lazımdır. Amma insanların kütləvi olduğu yerlərdə mütləq maska taxmaq lazımdır. Çətin olsa da, birtəhər dözmək lazımdır. Şənbə və bazar günləri virusa yoluxanların sayında azalma olacaq. İnsanların kütləvi yığışdığı yerlər qadağan olunan kimi yoluxma azalacaq. Əhali nizam-intizam qaydalarına əməl etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət