Metronun qrunt suları ilə yaşıllıqlar suvarılacaq - YENİ LAYİHƏ
10:31 06.08.2020
Cəmiyyət
642
Baş nazirin müavini Şahin Mustafayev metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsi layihəsi ilə tanış olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Lent.az -a verilən məlumata görə, nazirlik və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindənmetropoliten ərazisində formalaşan yeraltı qrunt sularından səmərəli istifadəyə hesablanmış mühüm bir layihənin icrasına start verilib. Texniki məqsədlər, əsasən də yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihə çərçivəsində ilk mühüm addım "Nizami" metro stansiyasının yerləşdiyi ərazidə atılıb.
Baş nazirin müavini Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və "Bakı Metropoliteni"n sədri Zaur Hüseynov metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsini nəzərdə tutan layihənin icrası ilə tanış olublar.
Qeyd edək ki, layihə çərçivəsində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami-Elmlər Akademiyası" mənzilində müvafiq işlər icra edilib.
ETSN-nin ixtisaslaşmış laboratoriyası suyun tərkibini tədqiq edərək müsbət rəy verdikdən sonra mühəndis-texniki qurğulardan suyun nəql edilməsini təmin edən xətt çəkilib. Artıq qrunt sularından paytaxtda yaşıllıqların suvarılması məqsədilə istifadə olunur.
Metropolitendə qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir və həmin ərazilərdə də bu cür tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, aprel ayının 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video müşavirədə Prezident İlham Əliyev ölkə ərazisində su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasının aktuallığını xüsusi qeyd edərək, müvafiq komissiyanın yaradılması barədə qərarını açıqlamışdı.
Komissiya tərəfindən bir neçə istiqamətdə layihələrin icrasına başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm