Millət vəkili: "Dövlətin apardığı səmərəli profilaktik tədbirlərə hər kəs dəstək olmalıdır"
Şəymən Bayramova
13:41 29.03.2020
Cəmiyyət
747
Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülür. Bu tədbirlər daim ölkə başçısının nəzarətinizdədir və ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir.
Dünən "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak edən prezident İlham Əliyev nitqi zamanı "Biz birlikdə güclüyük!" şüarını səsləndirərək əhalini həmrəy olmağa, məsələyə daha məsuliyyətli yanaşmağa çağırıb. Ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxananın fəaliyyətə başladığını xüsusi qeyd edən ölkə başçısı bunun çox əlamətdar hadisə olduğunu deyib:
“ Xəstəxana bütün müasir standartlara cavab verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır”.
“Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür”.
Bunu millət vəkili Müşfiq Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan təhlükə yaranar-yaranmaz vaxt itirmədən təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.
Millət vəkili ölkə başçısının “Biz birlikdə güclüyük” şüarını xatırladıb və bəşəriyyəti qorxuya salan ciddi təhlükə ilə ölkəmizin mübarizəsi üçün dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hər kəsin dəstək olmasının vacibliyini vurğulayıb, hər kəsi Azərbaycan dövlətinin koronavirus infeksiyasının qarşısının alınması istiqmətində gördüyü mübarizə tədbirlərinə dəstək olmağa, dövlətin virusla mübarizə ilə bağlı qəbul etdiyi qərarlara intizamla əməl etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət