Milli Məclisdə Azərbaycan-Sloveniya əməkdaşlığı müzakirə olundu - FOTO
12:32 18.06.2020
Cəmiyyət
550
Milli Məclisdə Sloveniya ilə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin Sloveniyanın ölkəmizlə dostluq qrupunun rəhbəri cənab Matyaz Nemek ilə videokonfrans formatında görüşü keçirilib.
“Sherg.az” xəbər verir ki, görüşdə Ağalar Vəliyev iki ölkə arasındakı dostluq münasibətlərini məmnunluqla qeyd edib.
Deputat bildirib ki, Sloveniya ilə siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi və ticari əlaqələrimizə də müsbət təsir göstərir:
“O, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərlərin və bu səfərlər zamanı əldəolunan razılaşmaların və imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Ölkələrimiz arasında 12 sənəd imzalandığını vurğulayıb. Parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərindən söz açan deputat, beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin əhəmiyyətini qeyd edib.
Ağalar Vəliyev COVID-19 pandemiyasının ölkə rəhbərliyi tərəfindənAzərbaycanda yayılmasının qarşısının alınması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan dövlətinin Ümumdünya Səhiyyə Təşkilatına ianələr köçürdüyünü, ehtiyacı olan 29 ölkəyə humanitar yardımlar etdiyi deyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışan millət vəkili 2014-cü ildə Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə, 2016-cı ildə isə Xocalı qətliamına dair qətnamələrin qəbul olunmasını yüksək dəyərləndirib. Sloveniyanın ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Matyaz Nemek qanunverici orqanların yüksək səviyyəli əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafında oynadığı roldan danışıb. Ölkəmizin tarixinə, mədəniyyətinə və dahi şəxsiyyətlərinə olan dərin ehtiramını bildirib. Azərbaycanın iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu bildirən Matyaz Nemek əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Videogörüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm