Milyonlarla insan Vatsapdan imtina etdi – “Şəxsi məlumatlar ötürülür” – Təhlükə !
Fidan Həmişəyeva
16:59 11.01.2021
Cəmiyyət
697
“Şirkət rəhbərliyi birmənalı şəkildə öz kommersiya maraqlarına uyğun olaraq qayda-qanunlar müəyyən edir”
“Bunun da nəticəsində milyonlarla insan digər sosial şəbəkələrə üstünlük verdilər”
“Ölkə rəhbərlərinin, tanınmış insanların da sosial şəbəkələrə qarşı münasibətini bu formada ortaya qoyması onların haqlı olduğunu göstərir”
Dünyanın ən populyar mobil mesajlaşma xidmətlərindən biri olan Vatsapın istifadəçilərinin məlumatları artıq “Facebook”la paylaşılacaq.
Bununla bağlı müvafiq tələb votsap tətbiqində yayımlanan yenilənmiş istifadəçi müqaviləsində bildirilib. Sənəddə bildirilir ki, “Facebook” korporasiyasının bir hissəsi olan votsap bundan sonra istifadəçi məlumatlarını “Facebook”a məxsus digər tətbiqlərlə paylaşacaq. Bunun istifadəçilərin vərdişlərini və zövqlərini analiz etmək məqsədilə edildiyi deyilib.
Bu xəbərdən sonra Pavel Durov votsap istifadəçilərinin qurucusu olduğu “Telegram” messencerinə kütləvi axın etdiyini bildirib. Bununla mesajlaşma xidməti istifadəçilərə ən uyğun məzmunu və özəlləşdirilmiş xidmətləri təqdim edəcək. votsapın toplamaq niyyətində olduğu məlumatlar arasında coğrafi yerləşmə və “Facebook”a məxsus proqramların quraşdırılması və silinməsi barədə məlumatlar yer alır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da gizlilik siyasətindəki dəyişiklik səbəbindən votsap messencerindən imtina edib. Bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu Vatsap Feysbuka fərdi məlumatların göndərilməsi barədə istifadəçiləri ilk dəfə xəbərdar etmir. 2016-cı ildə oxşar addım spamla mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə atılıb.
Yeniliyi “Sherg.az”a şərh edən internet-media eksperti Səbuhi Abbasovun sözlərinə görə, son günlər vatsap istifadəçiləri ilə bağlı müəyyən suallar yaranıb. Bu da Vatsapın mərkəz bürosundan bütün istifadəçilərə göndərilən bildirişlə bağlıdır:
“Həmin bildirişdə qeyd edilir ki, Vatsap kommersiya məqsədləri ilə müəyyən istifadəçilərin şəxsi seçimlərinə müdaxilə edəcək. Təbii ki, bu hadisə bir çox suallar doğurdu. Beləliklə, son 2 sutkada milyonlarla insan Vatsap tətbiqindən imtina etdi.
Artıq neçə illərdir, Feysbuk, instagram və vatsap istifadəçilərinin data bazası toplanılır. Bu dataların köməkliyi ilə kommersiya üçün müxtəlif reklam tipli məhsulların təqdimatı həyata keçirilir.
Artıq bu gün Vatsap istifadəçilərinin şəxsi məlumatlarının ötürülməsi ilə bağlı ciddi suallar yaranıb. Bu sualların hər biri də haqlıdır. Dünyada baş verən proseslər nəticəsində sosial şəbəkələrin idarəetmə mexanizmində tətbiq olunan müəyyən qayda-qanunlar qəbul olunur.
Burada hər hansı bir sosioloji sorğu və istifadəçilərin istəyi nəzərə alınmır. Şirkət rəhbərliyi birmənalı şəkildə öz kommersiya maraqlarına uyğun olaraq qayda-qanunlar müəyyən edir.
Bunun da nəticəsində milyonlarla insan digər sosial şəbəkələrə üstünlük verdilər. Ölkə rəhbərlərinin, tanınmış insanların da sosial şəbəkələrə qarşı münasibətini bu formada ortaya qoyması onların haqlı olduğunu göstərir.
İstənilən şəxsi məlumatların üçüncü tərəfə ötürülməsi istifadəçilərin razılığı ilə olmalıdır. Bu razılıq olmadan Vatsap istifadəçilərinin şəxsi məlumatlarının ötürülməsi təbii ki, böyük bir təhlükənin və fəsadların olacağından xəbər verir” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat