MÜHÜM TƏKLİF: “İcra hakimiyyətləri İctimai Şuraların fəaliyyətini genişləndirsinlər”
Turan
09:14 23.05.2020
Cəmiyyət
849
“Bütün təbəqələrdən ictimai təşkilatlar, media, iş adamları, gənclər, qadınlar, eləcə də əlilliyi olan şəxslər şuralara mütləq şəkildə cəlb olunmalıdırlar”
“Bugün aparılan islahatları bir növ ictimai nəzarətin bəhrəsi kimi də qiymətləndirmək olar”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
Parlementin üzvü bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra vətəndaşlara konstitusiyaya əsasən ictimai-siyasi həyatda maneəsiz iştirak etmək hüququ verilib:
“Son zamanlar ayrı-ayrı regionlarda özbaşınalıq və korrupsiya səbəbindən işlərindən kənarlaşdırılan və həbs edilən icra başçıları haqda danışarkən cənab Prezident İlham Əliyev də məhz bu məsələyə diqqət çəkir. Yerlərdə ictimai nəzarət güclü olmalıdır. Bu da birbaşa ona dəlalət edir ki, yerli icra hakimiyyətlərində ictimai şuraların fəaliyyəti gücləndirilməlidir. Bu yöndə işlər görülməlidir və həmin şuralar fəallıq nümayiş etdirməlidir. İdaretmə sahəsində ictimai nəzarət mütləqdir və vətəndaşlar bütün işlərdə aktiv şəkildə iştirak etməli, problemlər, o cümlədən məmurların özbaşınalıqları ilə bağlı məlumatlar operativ olaraq lazımi orqanlara çatdırılmalıdır. Bu həm dövlət idarəetmə sisteminin şəffaflığına, həm əhalinin rifahına zəmin yaradacaq. 2020-ci ildə aparılan islahatlar bir daha sübut etdi ki, heç kəs vəzifəsindən sui-istifadə edərək vətəndaşın hüquqlarını tapdalaya və özünü ağa kimi apara bilməz”.
Deputatın sözlərinə görə, KİV vasitəsilə işıqlandırılan problemlər və vətəndaşların çoxsaylı şikayət məktubları bunu deməyə əsas verir:
“Hakimiyyət mətbuatın ictimai nəzarət funksiyasını həyata keçirməsi üçün müstəqil KİV-in işini təkmilləşdirmək baxımından mühüm addımlar atır.
İctimai rəy haqsızlığın, qanunsuzluğun müəyyən qədər qarşını ala, vəzifəli şəxsləri ehtiyatlı olmağa vadar edər. İctimai nəzarət olmalıdır ki, vətəndaş hadisələrə, qərarlara münasibətini bildirsin və Prezident də tədbir görsün. Əgər yerli icra hakimiyyətlərindəki ictimai şuralar işlərini düzgün şəkildə qursalar, vətəndaşlar dövlət orqanlarının fəaliyyət ilə, qəbul olunan qərar və proseslərlə daha yaxından tanış olarlar. Yaxşı olar ki, bütün icra hakimiyyətləri ictimai şuraların fəaliyyətini genişləndirsinlər. Bütün təbəqələrdən ictimai təşkilatlar, media, iş adamları, gənclər, qadınlar, eləcə də əlilliyi olan şəxslər şuralara mütləq şəkildə cəlb olunmalıdırlar”.
M.Cəfərov Sadaladığım bu kateqoriyalardakı insanlar hesabatlarda iştirak etməlidirlər və nöqsanlarla bağlı qərarlar qəbul etməlidirlər:
“Bu çox vacib məsələdir. Hər şey zamanında olmalıdır ki, sonra böyük problemlərə yol açmasın. Bu baxımdan yerli icra orqanları İctimai Şuraların işini diqqətdə saxlamalıdır. İctimai nəzarətin güclü təsirə malik olduğu sübut edən amil kimi misal göstərə bilərəm. Vətəndaşların mətbuat vasitəsilə işıqlandırdıqları problemlər dövlət tərəfindən mənə və digər həmkarlarıma təqdim olunub ki, araşdırılsın. Bu şikayətlərin heç biri bizə vətəndaşlar tərəfindən ünvanlanmayıb. İctimai nəzarət yolu ilə bizə gələn problemlərdir ki, artıq onlar araşdırılıb və həll olunub. Bu da ictimai nəzarətin idarəetmədə yerini və təsirini bir daha göstərmiş oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya