Müqəddəs dəyərdən pul qazanmaq olmaz
05:50 13.10.2020
Cəmiyyət
661
Bayraqlar maya dəyərindən baha satılmamalıdır
"Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, dövlətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Və hər bir vətəndaşın öz dövlətinin bayrağını, atributunu sevmək, onlara hörmətlə yanaşmaq borcudur. Üç rəngli bayrağımız müstəqilliyimizin rəmzi olmaqla yanaşı, həm də bizim milli qürurumuz, milli kimliyimizdir. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir".
Bu sözləri "Şərq"ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O, bir daha diqqətə çatdırıb ki, bayrağı bayraq edən onun üzərindəki şəhid qanıdır:
"Bu gün cəbhəyanı bölgələrimizdə işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün qızğın döyüşlər gedir. Artıq 15 gündür ki, igidlərimiz, mərd oğullarımız öz qanları, canları bahasına bir çox torpaqlarımızı erməni daşnaklarından azad edib və şanlı üçrəngli bayrağımızın həmin torpaqlarımızda dalğalandırılmasına müvəffəq olublar.
Döyüşlər ərzində xalqımızın bayraqlar tikərək onları vətəndaşlarımıza pulsuz payladığının da şahidi olduq. Lakin belə bir həssas məqamda bəzi şəxslərin bayraqların qiymətində artım etdiklərini də gördük.
Dövlət bayrağımıza hamımız müqəddəs dəyər kimi baxırıq. Onları satanlar da, ondan pul qazanmağa çalışanlar da bu gün maddiyyatı düşünməməlidirlər. Əksinə, ona olan sevginin daha da artmasına bir az da şərait yaratmalıdırlar. İndiki məqamda onu satan, heç olmasa, maya dəyərində versin.
Çünki bu məsələ hər birimiz üçün çox vacibdir. İstərdik ki, bayrağı həm satanlar, həm də onu istehsal edənlər məsələnin bu hissəsinə xüsusi diqqət yetirsinlər. Əgər iş adamları kütləvi şəkildə bayraq istehsalını özlərinə borc bilsələr, hesab edirəm ki, o zaman bu, qiymətlərə də öz təsirini göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm