
Mütəxəssisi gizli təhlükəni açdı: Mühərriki parla yuyursunuzsa, maşını yandırırsınız
Yusif Nəzərli
07:34 18.07.2025
Cəmiyyət
264
Avtomobilinə baxmayanlar şəhərdə bomba gəzdirdiyini bilməlidir
Azərbaycanda son dövrlər avtomobillərdə baş verən yanğın hadisələrinin artması narahatlıq doğurur.
Təkcə iyul ayında paytaxtda və bölgələrdə bir neçə belə fakt qeydə alınıb. İstər hərəkətdə olan, istərsə də dayanmış vəziyyətdə olan avtomobillərin alışması, ictimai təhlükəsizlik baxımından da ciddi problemdir. Hadisələrin ardıcıllığı göstərir ki, məsələ təsadüfi yox, sistemli araşdırma tələb edən bir durumdur.
Beynəlxalq ekspertlər hesab edir ki, havanın ekstremal dərəcədə isti olması mühərrikin həddindən artıq qızmasına səbəb olur. Əgər soyutma sistemi zəifdirsə və ya antifriz səviyyəsi aşağıdırsa, bu, mühərrikdə alışma və nəticə etibarı ilə yanğınla nəticələnə bilər. Qızmar hava naqillərin daha tez isinməsinə və köhnə, izolyasiyası zəif naqillərdə qısaqapanma baş verməsinə şərait yaradır. Bu da alışma riskini artırır.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov Sherf.az-a açıqlamasında deyib ki, hər avtomobilin alışma səbəbi fərqlidir və bunu ancaq yanan avtomovil üzərində aparılan analizlərdən sonra müəyyən etmək olur:

“Amma ümumilikdə onu deyə bilərəm ki, nəqliyyat vasitələrində elektrik avadanlıqları və alışdırma sistemləri var.
Yanğın hadisələri də əsasən, akkumulyator və generatorun enerji verdiyi zaman elektrik naqillərində olan qığılcım və qısaqapanmalar nəticəsində baş verir. Boşluq, yaxud hansısa problem səbəbindən izolentlə bağlanılan naqillərin üzəri və uc tərəfləri bəzən açılır. Mühərriki su ilə, parla yuyanda isə həmin nöqtələrə su düşür. İzolentlərin açılması nəticəsində sonradan qısaqapanmalar və qığılcımlar yaranır”.
Daha çox köhnə avtomobillərdə yanma hallarının müşahidə edildiyini vurğulayan ekspert qeyd edib ki, avtomobillərin bəzi hissələrinin istismar müddəti başa çatdığı üçün dəyişdirilməlidir:
“Yeni avtomobillərdə elektrik naqilləri möhkəm olduğundan və onların istimar müddəti hələ bitmədiyi üçün bu cür hadisələr olmur. Avtomobillərdə müəyyən təmir işləri görüldükdən və elektrik naqili dəyişiləndən sonra yanğın olur. Həmçinin maşınlar uzun müddət günəş şüası altında qaldığı zaman istilikdən naqillərin izolentləri əriyir, naqillərdə çatlar əmələ gəlir.
Bunun başlıca səbəbi təmir işləri zamanı edilən səhlənkarlıqlar, avtomobilin müayinə olunmaması, hissələrin dəyişdirilməməsindən yaranır. Nəqliyyat vasitələrində benzin, yağ kimi tez alışan maddələr olduğundan yanğının miqyası böyük olur. Bütün bu hadisələr insan amilindən asılıdır. Sürücülər avtomobilə qarşı həddindən artıq səhlənkar yanaşır, təmizliyinə, texniki baxışına diqqət etmir. Əksəriyyət heç mühərriki təmiz saxlamır”.
Fərhad Eyyubov qeyd edib ki, əgər avtomobildə alışma baş verərsə, sürücülər qanunla nəzərdə tutulmuş qaydada maşında olan yanğınsöndürən vasitəsilə alovu söndürə bilərlər:
“Yanğınsöndürən olmadıqda, Fövqəladə Hallar Nazirliyinə məlumat verilməlidir. Əks halda, sürücünün təkbaşına yaranan vəziyyətin qarşısını alması qeyri-mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya
İran genişmiqyaslı müharibəyə tam hazırdır - Politoloq
17:09 28.03.2026
Gündəm