Həmin mükafatı almaq üçün istifadəçidən mesajda göstərilən qeydiyyat nömrəsini process@intldraws.com elektron poçt ünvanına göndərməsi istənilir. Məlumata etimad edib həmin e-poçta yazan istifadəçiyə "WhatsApp Inc." adından mobil nömrəsinin şanslı nömrə olaraq seçilməsi ilə bağlı təbrik göndərilir və ödənişin köçürülməsi üçün ad, soyad, yaşadığı ölkə, milliyyəti, cinsi, ailə vəziyyəti kimi fərdi məlumatlarını təqdim etməsi istənilir.
Naməlum email və sms-lərə cavab verməyin
08:46 17.11.2020
Cəmiyyət
557
Şifrələrinizi heç bir halda nə kağız, nə də elektron formada yazaraq saxlamayın
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "WhatsApp Inc." şirkəti adından həyata keçirilən "fişinq" kampaniyaları barədə xəbərdar edir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Məlumata görə, belə ki, kiberdələduzlar istifadəçiləri "tələ"yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara "WhatsApp" üzərindən saxta mesajlar göndərir. Göndərilən mesajlarda istifadəçinin mobil nömrəsinin guya "WhatsApp" tərəfindən "COVID-19"- la bağlı həyata keçirilən kampaniyada qalib gəldiyi və 700 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyü bildirilir.
Həmin mükafatı almaq üçün istifadəçidən mesajda göstərilən qeydiyyat nömrəsini process@intldraws.com elektron poçt ünvanına göndərməsi istənilir. Məlumata etimad edib həmin e-poçta yazan istifadəçiyə "WhatsApp Inc." adından mobil nömrəsinin şanslı nömrə olaraq seçilməsi ilə bağlı təbrik göndərilir və ödənişin köçürülməsi üçün ad, soyad, yaşadığı ölkə, milliyyəti, cinsi, ailə vəziyyəti kimi fərdi məlumatlarını təqdim etməsi istənilir.
Məlumatlarını təqdim edən istifadəçiyə fərqli e-poçtdan (programintl.info@gmail.com) saxta hədiyyə sertifikatı göndərilir və bank əməliyyatlarının aparılması üçün remittance@creditsunion.cc e-poçtuna mesaj yazması bildirilir.
Həmin e-poçta cavab olaraq saxta "Credit Union Bank" tərəfindən köçürmənin edilməsi üçün istifadəçidən bank hesabı məlumatlarını və şəxsiyyət vəsiqəsini təqdim etməsi istənilir. İstifadəçi həmin məlumatları təqdim etdikdə məlumatlar kiberdələduzun əlinə keçir və digər bədniyyətli əməllərin həyata keçirilməsində istifadə edilir.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bəzən internet istifadəçiləri özləri də bilmədən kiber cinayətkarların qurbanına çevrilirlər.
Ekspertin sözlərinə görə, bu hücumlardan qorunmaq üçün mənbəyi məlum olmayan naməlum tətbiqlərdən istifadə etməmək, mümkün qədər istifadəçiyə məlum olmayan wi-fi şəbəkələrə qoşulmamaqdır:
“Sizə məxsus fərdi və maliyyə məlumatları (Şəxsiyyət vəsiqəsi məlumatları, Bank kartı və bank hesabı nömrələri) sorğulayan naməlum email və sms-lərə cavab verməyin. Şifrələrinizi heç bir halda nə kağız, nə də elektron formada yazaraq saxlamayın.
Şifrələri yalnız yaddaşımızda saxlamalıyıq. Əgər kiber hadisələr baş veribsə, əvvəlcə daha təhlükəsiz olan digər cihazdan mümkün bütün internet hesablarına daxil olaraq giriş məlumatları dəyişdirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya